Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Matəm Leysanı (Foto)

Aşuraya sayılı günlər qala Zeynəbiyə məhəlləsinin prospekt və küçələri qaralar geyinmiş Huseyn aşiqləriylə dolub daşır. 

11 Kasım 2013
Matəm Leysanı (Foto)

Mah-i Matəm Məhərrəmin yeddinci günündə Zeynəbiyə məscidi və ətrafında toplanan minlərlə adam Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüzün xütbəsini dinlədi, mersiyələrlə ağladı, döyündü .

Özgündüz , tez-tez təkbir və salavatlarla kəsilən xütbəsinin sonunda bunları söylədi:

Vəlayətin nurunu bu ölkədə bu cəmiyyət bütün minarələrdən yaydı : Əşhədu ənnə Emirel möminin Əliyyən vəliyulllah .. Buna bütün dünya şahid . Biz , özünü şüursuzca döyən bir qrup deyil, İmam Hüseyni haqqıyla anlayan və izah edən " Ya Hüseynciler " burada doğuldu. Onlar işgəncələrə və maneələrə fikir vermədilər , Allah onların səsinə yetişdi. Bölüb parçalamaq üçün məşğul olanlar çox oldu ,amma müvəffəq ola bilmədilər. Bu cəmiyyətin imanlı insanları mənə , dərnəyə , filana incik olsa da bura "Əlinin bayrağı " nı daşıyır deyib cəmiyyət üçün çalışdılar.

Çevriliş parçalamağı bacara bilmədi, agentlər də. Hələ bə`ziləri sabah orada " Lebbeyk ya Zeynəb" deyənin sayını necə azaldaramın dərdinə düşmüş ! Baxın bu məsələ qohum vs məsələsi deyil , iman və nifaq məsələsidir. Aşura Günü elə bir ləbbeyk deyəcəyik ki , düşmən zəlil olsun, Zəhranın yaralı sinəsinə məlhəm olsun. Bunun üçün əlinizdən nə gəlirsə edin. Bu saatdan e`tibarən səfərbər olub, sə`yimizi göstərək.

"Qəbirinə Şahbaz olaram, Zeynebe Abbas olaram!" Bunu elə bir haykıracağız ki bir daha Zeynəbin qəbrinə silah doğrultmağı kimsə düşüne bilməsin. Allahım bizi Hüseynçi yaşat, Hüseynçi öldür, Hüseynçi dirilt! "

Özgündüzün ardından Azərbaycanlı mersiyəxan Seyyid Taleh Boradigahinin Hz. Rugayyə mərsiyəsi hər kəsi ağlatdı. Mərsiyələrin ardından sinəzənlər Zeynebiyədə hüzünü zirvəyə çıxartdı. Küçələrə daşan Zeynəbiyəlilər sinələrinə döyərək Kərbəla şəhidlərinə ağladı. Program dualarla sona çatdı.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.