Hz. Hüseynin yanında neçə adam vardı ?
Min üç yüz adam olduğunu deyirlər. İmam Hüseyn (ə.s) hamısını göndərdi. Qalanlar zorla qaldı. "Min dəfə ölüb dirilsək də səndən yenə ayrılmarıq " deyib israrla qalanlar oldu. Yoxsa hamısına " Bunların dərdi mənimlədir " dedi. Son anında belə yəni buraxsaydılar yenə qan itkisindən öləcək, o an belə Rəsulullahla olan bağını xatırladaraq yenə kömək tələbi etmir. Səhvdən dönməsini istəyir insanların və döyüşməmək üçün , qan tökülməməsi üçün də əlindən gələni edir. Bütün təklifləri , imkanları səfərbər edir. Məsələn Mədinədə ona bu təklıf gəldiyində Məkkəyə getmişdir , cahiliyyə dövründə belə orada qan tökmək qadağan idi. Məkkəyə ımıqrasıya etmiş sanki. Amma orada da Yezidin terror şəbəkəsi onu rahat buraxmamış. Oradan da qan tökülməsin deyə çıxmışdır. Eyni zamanda o, Kufədən məktublar almışdı. Oraya getməyi seçdi , çünki çağırılmadığı yerə gedib kimsənin başına bəla olmaq istəmədi . Oraya gələrkən yolda onların haqdan döndüyünü öyrənir. Kufə üzərindən Kərbəla səhrasına gedir. Kerbela, bütün mənbələrin göstərdiyi , Hz. Rəsulullahın və Hz. Əlinin də bildirmiş olduğu kimi , təqdir - i ilahidir və Hüseynin minası , qurbangahı olmuşdur. Bu hər hansı bir üsyan deyil. Tarixdə bir çox cəhd olmuşdur. İstibdata qarşı hərəkətlər olmuşdur , müharibələr olmuşdur. Niyə Hüseyninki belə qalıcı, gümrah və diridir ? Çünki Qur`an hər zaman müasirdir və köhnəlmir . Kurani bir mövqedir ,əqidəli bir mövqedir Hüseyninki . Hərəkatın başladığı andan şəhidliyinə qədər əqidəsindən dönməmiş , əqidəsinə muğayat bir duruş , haqlı başlayıb, haqlı davam etdirib, haqlı bitirmə ... Və ən kiçik bir haqsızlığın işin içinə qatılmasına icazə verməmiş, hətta özüylə gələnlərə " Boynunda qul haqqı olanlar qatılmasın mənə ", yə`ni " Mən zülmə qarşı ədalətin döyüşünü verərkən, özü zalım olan birinin bu hərəkətə qatılmasını istəmirəm ," demişdir.
O halda Hz. Hüseyn, əsl xüsusiyyəti mütləq ədalətin döyüşçüsü və qurbanı olmaqdır?
Bəli ... Atası da , Hz. Əli Əfəndimiz də bu qanun uğrunda şəhid olmuşdu. Ədalət uğrunda mübarizə apararkən, özü ədalətli deyilsə, bunu necə reallaşdıracaq ? Başqasının haqqı boynunda isə, sən də öz səviyyəndə bir zalımsan deməkdir. Yanıma gəlsin də kim gəlirsə gəlsin anlayışı deyil bu. Ədalətin zülmə qarşı döyüşüdür madam , mütləq ədalət, mütləq haqlılıq , haqq o ölçünün mühafizə edilməsinə maksimum diqqəti göstərmişdir. Əbədi olan ən əhəmiyyətli ölçüsü bu idi. Təbii ki, ölümə gedərken yüzlərlə kilometrlik yola ailəsini də yanına aparmasının də ayrıca mə`nası vardı. Çünki, əgər onları aparmasaydı bu səfər tarixə bir şahid lazımdır, bir tarix , bir canlı şahid lazımdır. Bu işi Yezidin tərəfinə buraxacaq olsaydı o zaman hər şey yalanlarla və fırıldaqla örtüləcəkdi . Kərbəla dastanı gələcək nəsillərə və o günkü Müsəlmanlara doğru çatdırılmayacaqdı .Şahidlərini yanında apardı. Əli qızı Zeynəbi yanında aparmasının , üç yaşındakı qızını yanında aparmasının , həyat yoldaşını hər zaman yanında aparmasının altında yatan səbəb, tarixin doğru hadisələrini düşmənin , zalımın öz xeyrinə dəyişməsinə icazə verməmək . Təbii ki, bu "Əgər bu dünyanın ən mükəmməl mədəniyyəti , Məhəmmədin dini mənim qanım tökülmədən ayaqda dayanmayacaqsa , elə isə can fəda . Qılınclar, doğrayın məni . "İnsanlığa doğulmuş bu bənzərsiz , qüsursuz mədəniyyəti qorumaq üçün özünü fəda etdi. Bu səbəbdən insanlığa , insanlığın qurtuluşuna, azadlığa, ədalətə, qanuna, Qur`ana , İslama özünü fəda etdi. Özünü fəda etməklə qalmadı, ən yaxınları, ən sevdikləri, qardaşları , oğulları , şəhidlərin təxminən iyirmisi öz ailəsindəndir . Qardaşları , qardaş oğulları , öz oğulları ... Bu hər adamın işi deyil . Bu ölümdən sonra onlar əsir düşəcəkdilər. Şəhər şəhər dolandırılacaqdılar . Onlar tarixə şahidlik edəcəklər, hadisəni doğru bir şəkildə insanlığa , tarixə köçürəcəklər amma bunun içində böyük müsibətlərə sinə gərmək, bəlalara sinə gərmək lazım idi. Bunun hamısını özünü ailəsi üzərində yığaraq qəbul etmişdir. Onun üçün bizlərin Hüseynə borcu vardır. Minnət , təşəkkür borcu vardır. Həqiqətən əgər Hüseynin o şahanə mövqeyi olmasaydı. Yezid cahiliyyə dövrünü yenidən xortladacaqdı . Bu səbəbdən İslamı yaşatdı , qorudu. Əməvi səltənəti də min aydan çox sürmədi . Salam olsun Hüseynə və şəxsində bütün şəhidlərimizə . Çanaqqalaya qədər , günümüzə qədər əqidələri uğrunda , azadlıq və ədalət uğrunda can vermiş şəhidlərimizin cümləsinə salam olsun deyirəm.
08 Kasım 2013