Hüseyn ; Kərbəla şəhidi, Rəsulullahdan ( s.ə.ə.) sonra Əhli-Beyt imamlarının üçüncüsü , cənnət gənclərinin əfəndisi , Rəsulun(s.ə.ə.) nəslini davam etdirən iki adamdan biri, Rəsulullahın ( s.ə.ə)
Nəcran Xristianlarıyla lə`nətləşərkən yanına aldığı dörd adamdan biri, Allahın özlərindən bütün çirkləri aradan qaldırıb tərtəmiz etdiyi Ali- i Əba'dan biri ...
Hüseyn - Allahın sevilmələrini əmr etdiyi Rəsul - i Əkrəmin yaxınlarından biri, sarılan xilas, uzaklaşanınsa həlakı bildirilən iki ağır əmanəttən ( Sekaleyn ) biri ..
Hüseyn- qardaşı Həsənlə birlikdə tərtəmiz və bərəkət mənbəyi olan, tarixin şahid olduğu ən mükəmməl atanın , ananın və babanın bağrında böyüyən biri ...
Hüseyn - Rəsulullahın şəxsən yetişdirdiyi , uca əxlaq və şəfqət seliylə bəslədiyi bənzərsiz insan. Belə ki, Hz. Peyğəmbərin ədəbi , yol göstəriciliyi, liderliyi və cəsarəti Ona keçdi.
Hüseyn- babası Rəsulullah , atası Murtaza kimi həyatının hər mərhələsində, bütün praktik hərəkətlərində kamil bir ilahi insanın nümunəsi idi.
Hüseyn - Allah uğrunda əziyyətlərə dözmək ,humanizm, comərdlik , mərhəmət, cəsarət, zülmə boyun əyməmək, irfan, qulluq, Allah qorxusu , haqq qarşısında təvazukarlıq və batilə qarşı baş qaldırmaq barəsində yüksək nəbəvi əxlaqın canlı və konkret bir nümunəsi idi.
Aşura- bu faciənin baş verdiyi Hicrətin 61. ci ilinin Məhərrəm ayının 10-cu gününün adıdır.
Aşura- bu qəhrəmanın,zalıma yaltaqlıq edərək şərəfsiz yaşamaqdansa, həyatı bahasına ona boyun əyməyərək qürurluca ölməyi seçdiyi günün adıdır.
Aşura- məzlumun zalıma , öldürülənin qatilinə və qanın qılınca qalib gəldiyi günün adıdır.
Aşura- zalım qarşısında məzlumların ölümcül susqunluq və durğunluğu , zalımı qəhr edici bir qışqırığa, yox edici bir firtınaya çevirən bir azadlıq dastanının adıdır.
Kərbəla- Bu dastanın yazıldığı çölün adıdır.
Və Hüseyn - Aşura günündə, Kərbəla çölündə gəlmiş keçmiş ən böyük dastanı müqəddəs qanıyla yazan ; əqidəli,qeyrətli, ürəkli,vəfakar və fədakar qəhrəmanın adıdır.
O , rəhmət peyğəmbərinin yeganə qızı , iffət və ismət nümunəsi Fatimədən doğulmuş sevimli nəvəsidir.
O , İslam peyğəmbərinin qəyyumu , övliyanın şahı Əlinin oğludur. Quranda hər cür pislik və qüsurdan uzaq, Allahın bəyan etdiyi beş nəfərlik Əhli-Beytin incisidir .
O , hamımıza peyğəmbərin təbliğ ödənişi olaraq sevgisi fərz qılınan peyğəmbər yaxını, ən yaxını- balasıdır.
O , qardaşı Həsənlə birlikdə , Cənnət gənclərinin ağasıdır .
O, Həsənlə birlikdə Cənnətin zinəti , bəzəyidir .
O, Həsənlə birlikdə ərşın sırğalarıdır.
05 Kasım 2013