``Biz Türkiyədə millət olaraq adam əti yeyənlərin dostu deyilik. Bir adam bunlar bizim dostlarımız desə də, biz dünyanın pozğununun,ədəbsizinin 80 ölkədən gələrək, qonşumuzun evini yıxanların dostu deyilik.
Biz bu baxışa dövləti və hökuməti təmsil edən hörmətli valimizin şəxsində dövləti idarə edənlərə deyirəm , sizə də deyirəm ələvisinə,şiyəsinə,sünnüsünə,türkünə, kürdünə, ləzgəsinə, çerkez'ine kim varsa bu ölkədə , Türkiyə şəxsiyyət vəsiqəsi daşıyan hər kəsə deyirəm biz ayrı düşüncələrdəyik,ayrı inanışlaralara sahibik, amma eyni gəminin sərnişinləriyik.
Adam kimi birlikdə yaşamağı , bərabər olduğumuzu, bu ölkənin dərdini də,ne`mətini də birlikdə daşımaq məcburiyyətində,bölüşmək məcburiyyətində olduğumuzu unutmamalıyıq. Bizi sevməyin qardaşım. Böyüklər sevilər , kiçiklər sevilər,tumarlanar.Sevməyin qardaşım. Mən sənin qədər böyüyəm, mən səndən kiçik deyiləm ki!
Kürəyimi yağlama qardaşım , başına tac etmə.Mən sənin başındakı tacına saqqalımın bir telini değişmərəm.Rüsvayçılıqdan azad ol,bu ölkədə hər kəs özünü bərabər olaraq görsün,idarələr də bunu görsün,məktəblər də bunu görsün, universitetlər də bunu görsün,bürokratiya da bunu görsün,parlament də bunu görsün, kabinet də bunu görsün .. Başına tac eləmə məni qardaşım! Səndən haqq istəmirəm. Sən verən əl , mən alan əl olmaq istəmirəm. Türkiyə bu ayıptan xilas olmalıdır. Biz bərabər vatandaşıqsa, hər yerdə bərabərliyimizi yaşamaq istəyirik, qardaşım. Hörmətli valimizin dövlət adına , hökumət adına burada olması isə yaxşıya işarədir.
Bir konstitusiya hazırlanır , kürdün haqqını, ləzginin, çərkəzin haqqını versin deyə,ələvinin ,sünnünün, ya kimsənin haqqını verməyin qardaşım. Mənim təklifim, ədalət, azadlıq, bərabərlik,bunu əsas alan konstitusiyanı çıxarın. Nə ələvisi,nə Sünnüsü,nə türkü, nə kürdü , nə çeəkəzi, ne ləzgisi? Biz bərabər vətəndaşlarıq, bu bizi xoşbəxt edəcəkdir.
Bəli, vətənin yükünü daşıyacağıq, bunu bəzilərinə xoş gəlsin deyə etməyəcəyik. Bəziləri bu ölkəyə xəyanət etsə belə , bu ölkəni var edən , bu ölkəni Türk yurdu , İslam yurdu edən o Əhməd Yəsəvi anlayışına sahib ərənlərin nəsilləriyik.Bu ölkə bizimdir. Xoşu gəlməyən istədiyi yerə gedə bilər. Bu ölkə Vəhhabilərin,sələfilərin,eksterimistlərin deyil !
Bu ölkə aləmə hökm etmiş, ədalət öyrətmiş, orta əsrlərin geriqalmışlığını bağlamış, o Hacı Bektaş Vəli avazı ilə adam olmuş bir millətin övladlarının ölkəsidir. Məndən deyil deyə Müaviyənin anası Hində kimi adam əti yeyən, ciyər yeyən vəhşi canavarların , çaqqallar ölkəsi ola bilməz bura. Mən babalarımızı , atalarımızı bu günə qədər Əhli Beyt sevdasını bu millətə aşılayan , naxış-naxış qnımıza işləyənləri hörmətlə salamlayıram, onların haqqı üzərimizdə böyükdür. Əhli Beyt sevdası, Məhəmməd Mustafa ( saa) 'nın peyğəmbərliyinin qəymətidir,bunu unutmayın.
Aşura Günü Halkalıda olacağıq
Bazar günü axşam qürubdan sonra Məhərrəm girir. Başda Zeynəbiyə Məscidi olmaq üzrə Türkiyənin hər yerində matəm başlayacaq, qaralar geyəcəyik , peyğəmbərlə bərabər ağlayacağıq. Peyğəmbərlə gülüb , peyğəmbərlə ağlayacağıq . Biz İslamı belə anlayırıq.Bu yalnız ibadət, itaət dini deyil, başqasının haqqına təcavüz etməmə dinidir , başqasının qanını axıtmama dinidir , başqasına insan kimi davranma , Müsəlman olanı dindaş olaraq, müsəlman olmayanı da insan olaraq görüb , insanlığa bərabər yanaşma nümayiş edərək yaxınlaşma dinidir.
Biz İslamı belə anlayırıq. Aşura günü Halkalıda sizi gözləyirik. Artıq Peyğəmbərimizə başsağlığı vermək üzrə orada toplanacağıq , Hz. Fatıməylə birlikdə ağlamaq üzrə orda toplanacağıq . Fatimənin nayibəsi Zeynəbi- Kübranın ürək dərdini bölüşmək üçün Aşura günü Küçükçekmece Halkalıda görüşüb Hz. Fatıməylə ağlayacağıq . Gözyaşınız bol olsun. Biz Türkiyənin sünnüsü də, şiyəsi də, Ələvi bizim üst adımızdır- Əhli beyt sevdasıyla birləşmişdir . Vəhhabi Sələfi anlayış bu ölkədə kök sala bilməz . Bizim genletikamızda Məhəmməd Mustafa (saa) və xanədanının sevgisi naxış naxış işlənmişdir. Allah birliyimizi və varlığımızı pozmasın. "
04 Kasım 2013