Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Məşədi Dadaş məscidində Səlahəddin Özgündüzlə görüş keçirilib

Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə ?Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi? I Beynəlxalq Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələn Türkiyə Cəfərilərinin lideri Şeyx Səlahəddin Özgündüzün bir sıra məscidlərin axundları və imamları ilə görüşü keçirilib. Tədbir Məşədi Dadaş məscidində baş tutub. Görüşə bir qrup dindar da qatılıb. 

24 Aralık 2012
Məşədi Dadaş məscidində Səlahəddin Özgündüzlə görüş keçirilib

Tədbirdə Məşədi Dadaş məscidin imam-cüməsi Hacı Şahin Həsənli, İslam Konfransı Gənclər Forumu Avrasiya Beynəlxalq Şurasının rəhbəri Elçin Əsgərov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri Hacı Mirəziz Seyidzadə də iştirak ediblər.

Qonağa görüş üçün vaxt ayırdığına görə təşəkkürünü bildirən Hacı Şahin Həsənli daha sonra sözü Türkiyə Cəfərilərinin lideri Səlahəddin Özgündüzə verib.

Qonaq Türkiyəli dindarların salamını toplaşanlara çatdıraraq, müsəlmanların sahib olması zərurətə çevrilən təqvadan söz açıb: “Mən sizə din dərsi vermək fikrindən uzağam. Allaha şükürlər olsun ki, Azərbaycanda bu gün kifayət qədər yüksək səviyyəli ruhanilər var. Onların əməyidir ki, hazırda məmləkətdə İslam bu dərəcədə inkişaf edib. Sadəcə bütün işlərinizdə təqvanı əsas götürüb, nəfsi istəklərinizi İslam işlərinə qatmayın”.

S.Özgündüz əslən Azərbaycanlı olduğunu vurğulayaraq, bir zamanlar Türkiyədə müsəlmanların yaşadıqları məhrumiyyətlərdən və qarşılaşdıqları çətinliklərdən danışıb, hazırda qonşu ölkədəki vəziyyətdən razılığını bildirib. Qonaq toplaşanları Azərbaycan dövlətinin qədrini bilməyə, ona dəstək olmağa səsləyib: “Bilirsiniz, dünyada elə xalqlar mövcuddur ki, yüzilliklərdir müstəqil dövlət qurmağa çalışırlar. Amma buna nail ola bilmirlər. Sizin isə artıq öz müstəqil dövlətiniz var, başınızın üzərində öz bayrağınız dalğalanır. Buna dəyər vermək lazımdır. Hakimiyyətdə dindarın və ya qeyri-dindarın olmasının heç bir əhəmiyyəti yoxdur. Bu gün İstanbulda 2,5 minə yaxın məscid var. Hərəsində də 4 səsgücləndiricinin olduğunu nəzərə alsaq, təsəvvür edirsiniz azan zamanı yetişəndə şəhərdəki ab-havanı? Bu nəyin, kimin sayəsində mümkün oldu? Əlbəttə ki, cəbhədən cəbhəyə qaçaraq ölkənin istiqalalını qorumuş Mustafa Kamal Atatürkün.  Bunun nəyi pisdir? Ona görə bu gün onu pisləyən görəndə qəbul edə bilmirəm. Siz də öz dövlətinizin, prezidentiniz ətrafında sıx birləşməlisiniz. Dövlətdən narazılığınız olsa da, bunu qardaşcasına deyin. Bu dövlət sizindi və onu siz qoruyub, inkişaf etdirməlisiz. Bu gün Qarabağımız işğal altındadır. Bundan daha önəmli məsələ ola bilərmi? Əsas diqqətiniz buna yönəlməlidir. Nə qədər ki, torpaqlar azad edilməyib, biz azərbaycanlıların başı uca ola bilməz. Mənim 3 oğlum var, hamısını da Qarabağın azadlığı uğrunda qurban verməyə hazıram”.

Görüşün sonunda Hacı Şahin Həsənli bir daha Səlahəddin Özgündüzə təşəkkürünü bildirərək, ona gələcək fəaliyyətində uğurlar diləyib.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.