Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

İstanbul Aşura mərasimində bu il bir sıra yeniliklər var - MÜSAHİBƏ

Son illərdə İstanbulda keçirilən Aşura əzadarlıq mərasimləri diqqətlə izlənilir. Türkiyənin ən geniş əzadarlıq mərasimlərindən biri olan Halkalı Aşura mərasimi ilə bağlı bu il bir sıra yeniliklər var. 

10 Kasım 2012
İstanbul Aşura mərasimində bu il bir sıra yeniliklər var - MÜSAHİBƏ

Yenilik həm mərasim iştirakçıları, həm mərasimin yeri və proqramı ilə bağlıdır. Mövzu ilə bağlı Deyerler.Org-un suallarını Türkiyənin Əhli-beyt (ə) yolçularının əhəmiyyətli mərkəzlərindən, "Zeynəbiyyə"nin  mətbuat katibi və ictimaiyyətlə əlaqələr üzrə məsulu Kasım Alcan cavablandırıb.         

- Kasım bəy, builki Halkalı Aşura mərasimləri hazırlıqları necə gedir, hansı yeniliklər gözlənilir?

- Builki Aşura YUNESKO tərəfindən dünyanın ən xüsusi Aşura mərasimlərindən biri kimi qiymətləndirilib. Halkalıda Aşura mərasimləri zamanı dünyanın gözü İstanbulda olur. Bu il Kərbəla hadisəsinin səhnələşdirildiyi şəbehlərdə yenilik olacaq, həm mərasimə qatılacaq qonaqlarda, həm də mərasim meydanındakı iştirakçılarda da yeniliklər olacaq. Hər mənada bir sıra yeniliklərimiz olacaq. Bu il də Azərbaycanda mərasimə mərsiyəxan Seyid Taleh Boradigahi dəvət edilib, o, burada çox bəyənildi.

- Mərasimə dəvətlilər arasında hansı mühüm simaların iştirakı gözlənilir?

- Bu il prezidentimiz Abdullah Gülə də mərasimdə iştirak etmək üçün dəvət yolladıq. Qarşıdakı günlərdə Türkiyə cəfəriləri lideri Səlahəddin Özgündüzün rəhbərlik etdiyi Caferi DER nümayəndə heyətini prezident A.Gül qəbul edəcək. Görüşdə ümumi müzakirələr aparılacaq, bu görüş üçün nümayəndə heyətimiz dəvət də edilib.

Xaricdən olan qonaqlarımız arasında İraq parlamentinin xarici siyasət komissiyasının sədri, həmçinin Ayətullah Əl-Həkimin xarici əlaqələr üzrə nümayəndələri qatılacaq.

İrandan da mühüm qonaqlarımız var. Böyük ehtimalla gələcək prezidentliyə namizədlərdən, hazırkı parlamentin sədri Əli Laricani, həmçinin Ayətullah Seyid Əli Xameneyinin xarici əlaqələr üzrə müşaviri və İran daxil işlər naziri də qonaqlarımız arasındadır.

Bunlardan başqa dəvətliləri arasından Türkiyədən də siyasi partiyaların nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri, müsəlman ölkələrinin səfirləri, konsulları və İKT baş katibi İkmələddin İhsanoluğlu da var. Yəni hər anlamda Türkiyə toplumunun bütün üzvlərinin burada olması üçün lazım gələn bütün işlər görülür. Yenə Qızıl Aya qan hədiyyələri olacaq. Bəzi yeniliklərimiz də var ki, onlardan indi danışmaq istəmirik. İnşallah, İslam aləminin ən böyük yası olan Aşura matəm mərasiminin yenə dünyada örnək olmasını niyyətilə, müxtəlif çalarlarla 24 noyabr 2012-ci il tarixdə həyata keçirəcəyik. Bu il Aşuranın həftəsonuna müvafiq gəldiyi üçün də xeyli yerli insanın da iştirakını gözləyirik. Artıq demək olar ki, hazırlıqlarımız başa çatıb. Mərasim Cem TV-dən canlı yayımlanacaq, bir sıra digər kanallar da canlı yayımlar verəcəklər. Mərasimlə bağlı artıq İstanbulun bir çox yerlərinə bilbordlar, elanlar asılıb, broşürlər və sairlər paylanıb. Böyük bir həyəcanla Aşura gününü gözləyirik. Həzrəti Peyğəmbərin (s) yasına, Aşuranın özünün fəlsəfəsinə uyğun bir matəm keçirmiş olacağıq, inşallah.

- Dediniz ki, yeniliklər var. Söhbət hansı yeniliklərdən gedir?

- İstanbul qədim şəhərdir və bura xeyli turist gəlir. Biz həm də onları nəzərə alaraq, bu dəfə edəcəyimiz yeniliklər arasında rəmzi Ələm və Qara Tabut səhnələşdirəcəyik. Onlar bir karvanla birlikdə meydana gətiriləcək, təkbir, mərsiyə və salavatlarla müşayiət olunacaq. Bu il Qasimin otağını, Əliəsəğər Ağanın beşiyini və digər səhnələri təqdim edəcəyik. Bundan başqa, şəbehi bu il fərqli çalarlardan təqdim etməyi düşündük, bu, çox önəmlidir. Bütün bunlardan başqa mərasimin keçirildiyi meydanla bağlı da bir sıra yeniliklərimiz var, onları da zatən həmin gün hər kəs görəcək. Yəni bir çox yeniliklər var.

- Allah yardımçınız olsun.
- Təşəkkür edirik.

/Deyerler.Org/

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.