Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Türkiyə-Azərbaycan Dərnəyinin açılış mərasimi keçirilib

Türkiyənin İstanbul şəhərinin Kadıköy Xalq Təhsil Mərkəzində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin açılış mərasimi keçirilib.  

28 Eylul 2011
Türkiyə-Azərbaycan Dərnəyinin açılış mərasimi keçirilib

Açılış mərasimində Azərbaycandan və Türkiyənin müxtəlif bölgələrindən 500-dək adam iştirak edib.

Mərasimi giriş sözü ilə açan İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səftər Qaraqoyunlu dünyanın müxtəlif ölkələrində yaşayan eyni millətin övladlarını bir arada toplaşmasından qürur duyduğunu bildirib.

Dərnəyin yaradılmasında məqsədin Türkiyə və Azərbaycan türkləri arasında mövcud olan dostluq, qardaşlıq və həmrəylik əlaqələrinin inkişaf etdirilməsi olduğunu deyən S.Qaraqoyunlu “bu fəaliyyətimizlə gələcəyimizə töhfə verə bilsək şad olarıq. Bu mənada ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı, dünya şöhrətli siyasətçi Heydər Əliyevin “Biz bir millət - iki dövlətik” söylədiyi kimi biz əzəldən bəri iki qardaş millətik və qardaşlığımızın, dostluğumuzun güclənməsi üçün daha çox çalışmalıyıq”- deyə qeyd edib.

Cəfəri türklərinin dini lideri Səlahəddin Özgündüz öz çıxışında Azərbaycan üçün ölməyə hazır olduğunu qeyd edərək iki məsələdə Azərbaycanı sonsuz dəstəklədiklərini bildirib: “Qarabağın alınması üçün hər cür dəstək verəcəyik. İkinci diləyimiz Azərbaycanda hazırda olduğu kimi gələcəkdə də dini azadlıq davam etməsidir”.

İstanbuldan millət vəkili seçilmiş CHP nümayəndəsi Ali Özgündüz təmsil etdiyi partiyanın Azərbaycanı daima dəstəklədiyini qeyd edərək, Qarabağ məsələsində daha güclü lobbi fəaliyyətinə ehtiyac olduğunu deyib.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Tahir Hacıyev Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq əlaqələrinin getdikcə inkişaf etdiyini bildirərək, təmsil etdiyi komitənin hər zaman fəaliyyət göstərən dərnəklərin yanında olduğunu bildirib.

“Dostluğumuzun, qardaşlığımızın möhkəmlənməsinə xidmət edən bu cür dərnəklərin fəaliyyət göstərməsinə hər zaman ehtiyac var. Çünki bu dərnəklərin vasitəsilə Azərbaycanın Qarabağ uğrunda haqlı mübarizəsini, işğalçı Ermənistanın iç üzünü dünyaya göstərə bilərik” - deyə, T.Hacıyev qeyd edib.

İğdırdan millət vəkili seçilmiş MHP nümayəndəsi Sinan Oğan Türkiyənin mürəkkəb bir dövr yaşadığını, sıfır problem bəyan olunduğu halda hamı ilə problemlərin yaşandığını qeyd edərək ortaya iradə qoyulmalı olduğunu söyləyib. “Xocalıda törədilmiş soyqırımı kimsə görmək istəmir. İşğal olunan Azərbaycan torpaqları barədə heç kəs danışmır. Ağrı Dağını istəyən erməni ilə hansı qardaşlıqdan söhbət gedə bilər?” - deyə, S.Oğan bəyan edib.

Rəsmi hissə başa çatdıqdan sonra tədbir şer, musiqi və xalq oyunlarından ibarət bədii hissə ilə davam edib.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.