İstanbulun Taksim meydanında keçirilən aksiyada Səudiyyə Ərəbistanı və BƏƏ ordularının dəstəyi ilə Bəhreyndə törədilən qanlı cinayətlər pislənib. Ötən axşam yüzlərlə gənc əllərində məşəl və Bəhreyn xalqına dəstək sözləri yazılmış plakatlarla yürüş keçiriblər. Nümayişçilər "Bəhreyn xalqı tək deyil!", "İnsanlıq yatma, Bəhreynə sahib çıx!", "Məhv olsun Amerika, məhv olsun İsrail!", "Qatil Səudiyyə Bəhreyndən rədd ol!", "Ərəbistan kralı, Amerikanın uşağı!" kimi şüarlar səsləndiriblər. Aksiyanın sonunda Bəhreyndəki cinayətləri qınayan qətnamə oxunub.
Deyerler.org