Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

20 Yanvar Şəhidlərinə İşaf

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsinə daxil olmuş şəhidlərimizə işaf 

20 Ocak 2011
20 Yanvar Şəhidlərinə İşaf

Bismilləhir-Rahmənir-Rahim

İyirmi yanvarda, o qanlı gündə
Əsarət ipini qırdı şəhidlər.
Hüseyni duruşla qalxıb ayağa
Zilləti izzətlə vurdu şəhidlər.

Şəhidlik - əbədi bir həyat demək,
Şəhidlik - əbədi səadət demək,
Şəhidlik cihaddır - ibadət demək
Səf-səf ibadətə durdu şəhidlər.

"...Onlar diridirlər..." - Quran ayəsi
Şəhidin qanıdır hürlük mayası.
Azadlıq! - məqsədi, amal, qayəsi
Bu yolda canını verdi şəhidlər.

Əsrlərdən bəri o qanlı bayraq
Hay salır, hayqırır dalğalanaraq.
Haqsızın önünü haqla alaraq
Haqqın qalasını qurdu şəhidlər.

Zamanın sahibi (ə.f.) gələydi ey kaş,
Bizləri nökəri biləydi ey kaş,
Yolunda canımız öləydi ey kaş
Necə Kərbəlada öldü şəhidlər.


Zeynəb Zeynəlabdiyeva,
"Deyerler.org"un oxucusu

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.