Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Qasım Alcan: ?İnşallah millət olaraq bu il İstanbulda nümunəvi bir Aşura mərasimi keçirəcəyik?

Məhərrəm-Səfər əyyamı ölkəmizlə yanaşı bütün dünyada yaşanmaqdadır. Türkiyədə keçiriləcək matəm marəsamləri haqqında Türkiyə Əhli-Beyt (ə) yolçularının əsas mərkəzlərindən ?Zeynəbiyyə?nin Sosial və Mədəni İşlər məsulu Qasım Alcan Deyerler.org-a açıqlamasında bildirmişdir:  

12 Aralık 2010
Qasım Alcan: ?İnşallah millət olaraq bu il İstanbulda nümunəvi bir Aşura mərasimi keçirəcəyik?

“Türkiyə Cümhuriyyətində yaşayan Azərbaycan mənşəli Əhli-Beyt (ə) yolçuları Məhərrəm-Səfər əyyamını geniş qeyd etməkdədir. İstanbulda keçirilən mərasimlər dünyanın dörd bir tərəfindən təqib edilərək izlənilən bir mərasimlər halına gəlməkdədir. Hər il olduğu kimi, bu il də Məhərrəm ayının 1-dən olmaqla bütün məscidlərdə matəm günləri ilə bağlı moizələr deyilməkdə, sinələr vurulmaqda, mərsiyyələr oxunmaqdadır. Ta Aşura gününə qədər bu tədbirlər davam etməkdədir. Türkiyədə ümumi olaraq Aşura mərasimləri daha geniş olaraq İstanbuldakı Halkalı Aşura meydanında həyata keçirilir. Bu il İmam Hüseynin (ə) Kərbəlada şəhid edilməsinin 1371-ci ilini anacağıq. Builki mərasimlərə də bir sıra yüksək səviyyəli rəsmilərin qatılacağı gözlənilir. Hələ 2005-ci il Aşura mərasimlərinə o zamanın parlament sədri Bülənt Arınc qatılmışdı. Ötən il isə ana müxalifət lideri Dəniz Baykal matəm mərasimlərinə qatılmışdır. Bu il isə Türkiyə Cümhuriyyətinin tarixində bir ilk olacaq. Bu il Aşura mərasimləriminə hörmətli baş nazirimiz Rəcəb Tayyib Ərdoğan digər nazirlərlə birgə qatılacaq. Eyni zamanda hazırkı ana müxalifət lideri Kamal Kılıcdaroğlu da builki Aşura mərasiminə qatılacaq. Aşura mərasiminə xarici ölkələrdən də bir sıra nümayəndələrlə yanaşı Türkiyənin aparıcı vətəndaş cəmiyyətinin nümayəndələri, yazarlar qatılacaqlar. İslam ölkələrinin, həmçinin Türk və Avropa ölkələrinin Türkiyədəki konsulları da Halkalı Aşura Meydanındakı əzadarlıq mərasiminə dəvət olunublar”.

Bu il də mərasimdə “Qızıl Ay” humanitar təşkilatına qan bəxşişlərinin olacağını deyən Q.Alcan Aşura mərasimlərinin canlı yayımlanacağını da vurğulamışdır: “Növbəti həftənin cümə axşamı günü, dekabrın 16-da başlayacaq Aşura mərasimi başda TRT kanalı olmaqla digər televiziya kanalları vasitəsilə bütün dünyaya canlı yayımlanacaq. Xaricdən mərasimi yayımlamaq istəyən televiziya kanalları üçün isə biz buradan loqosuz canlı yayım xidmətini təmin edəcəyik. Arzu edən bütün əcnəbi televiziya kanalları bizdən loqosuz bu ximəti ala biləcəklər”.

Qeyd edək ki, ötən illərdə Türkiyədə bu mərasimlərə 300-400 min insanın qatıldığı halda, bu il mərasimlərə qatılanların sayının 1 milyona çıxacağı gözlənilir. “Builki mərasimlər ötənilkindən çox fərqli olacaq. Mərasimlərdə İraqdan, Azərbaycandan, İrandan və digər ölkələrdən yüksək rəsmi qonaqların da olacağı gözlənilir. İnşallah millət olaraq bu il İstanbulda nümunəvi bir Aşura mərasimi keçirəcəyik”, - deyə Q.Alcan qeyd etmişdir.

/Deyerler.org/

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.