Nəcəfin imam-cüməsi Əl-Əzhərin şeyxini İraqa dəvət etmişdir
Nəcəfin imam-cüməsi Hüccətil-İslam Sədrələddin Qəbançi Əl-Əzhərin yeni şeyxini Nəcəfi-Əşrəfə dəvət etmişdir. O, Nəcəf şəhərində yerləşən “Fatimiyyə” hüseyniyyəsində cəmlənən Əhli-beyt (ə) davamçılarına demişdir: “Cənab Əl-Təbibin yeni təyinatı münasibətilə onu təbrik edir və ümid edirik ki, İslam dünyası onun köməyi ilə yaxınlaşma və mötədilliyin şahidi olacaqdır”.
“Əhli-Beyt (ə) təfəkkürü ədalətdən, İslami mötədillikdən və hamıya ehtiram göstərməkdən başqa bir şey istəmir. İslam dünyasının başlıca çətinliyi ondadır ki, kafir fitvaları verilir, müsəlmanların qanları tökülür. Əhli-Beyt (ə) davamçıları ilə Əhli-təsənnün davamçıları arasında münaqişə yaratmaqla İslam ümmətinə ziyan vurmaq istəyənlərin qarşısında dayanmaq lazımdır. Nəcəf elmi hövzəsi dini düşüncələr zəminində müzakirələrə və həmkarlığa hazırdır” - deyə imam-cümə vurğulamışdır.
/Deyerler.org/
Zeynebiye'de 3. Muhtemel Kadir Gecesi İhya Edildi
Zeynebiye'de 2. Muhtemel Kadir Gecesi İhya Edildi
Zeynebiye'de 1. Muhtemel Kadir Gecesi İhya Edildi
Karabağ ve Türkiye Uçak Kazası Şehitlerine Terhim ve Taziye Programı
