Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Türkiyədə Əhli-Beyt (ə) davamçılarını təmsil edən ictimai siyasi xadimlər bir araya gəldilər

Son zamanlar Türkiyədə demokratik açılımların bir hissəsi olaraq, Türkiyədə yaşayan Əhli-Beyt (ə) davamçılarını təmsil edən alim və ictimasi siyasi xadimlər də bu imkanlardan necə istifadə edə bilmələrini müzakirə etmək məqsədilə bir yerə toplandılar.  

29 Mart 2010
Türkiyədə Əhli-Beyt (ə) davamçılarını təmsil edən ictimai siyasi xadimlər bir araya gəldilər

Türkiyənin bütün bölgələrindən gələn Əhli-Beyt (ə) alimlərinin də iştirak etdiyi toplantıda mühüm qərarlar müzkirə edilmişdir. Bu barədə Türkiyə Əhli-Beyt (ə) davamçılarının lideri Səlahəddin Özgündüz jurnalistlərə açıqlamasında bildirmişdir.

Mart ayının 13-də "Grand Anka" otelində bir araya gələn alimlər, indiyə qədər Əhli-Beyt (ə) davamçılarından əsirgənən bir neçə haqlarının təmin olunmasını ictimaiyyətin nəzərinə çatdırmışlar.

Bu tələblər içində: "Tədris ocaqlarında Əhli-Beytlə (ə) bağlı dərsliklərin tədris olunması, ölkə daxilində Əhli-Beyt (ə) məzhəbinə aid şəxslər tərəfindən mütəxəssislərin yetişdirilməsinə imkanlar yaradılması.

Mətbuatla bağlı, başda TRT olmaqla bütün dini verlişlər yayımlayan media orqanlarında Əhli-Beyt(ə) davamçılarına öz əqidələrini tanıtmaq imkanları verilməsini kimi yeniliklərin edilməsi.

İnşa edilən məscid, hüseyniyyə və bu kimi yerlərin mülkiyyət haqlarının toxunulmamazlığı təmin edilməli.

Dövlət büdcəsindən dini fəaliyyətlər üçün ayrılan maliyyədən bərabərlik prizmasına əsasən ədalətli bir formada Əhli-Beyt (ə) davamçılarının da yararlanmasını təmin etmək".

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.