7 Mart Bazar axşamı Halqalı Mədəniyyət Mərkəzində təşkil edilən konfransda İstanbuldakı Əhlibeyt(ə) yolçularının çox olması səbəbiylə insanlar hətta Mədəniyyət Mərkəzinin həyətindən konfransda iştirak edib .
Cəfəriyol Jurnalı Baş Redaktoru Qasim Alcanın təqdim etdiyi və Peyğəmbərimizə(s) işaf olunan bir şeirlə başlayan proqram, Əsənyurd İmam Həsən(ə) Məscidi İmamı Ş. Turqut Beyhanın oxuduğu Qurani Kərim ilə başladı. Proqramın xoş gəldiniz danışmasını edən CƏFƏRİDƏR Başçısı Sinan Qılınc, İmam Cəfəri Sadiqin(ə) insanlığa işıq tutan tələbələr yetişdirdiyini vurğulayaraq müasir elmin qabaqcıllarının bu böyük şəxsin məktəbindən ilham aldıqlarını ifadə etdi.
Qılıncın ardından Küçükçəkməcə Müftisi Cəmaleddin Bal çıxış edib. Küçükçəkməcədə vəzifəsinə yeni başlayan Bal, danışmasında bunları söylədi:
“Bu gözəl ictimaiyyətlə tanış olmağı çox istəyirdim, bu konfrans gözəl bir vəsilə oldu. Hörmətli Səlahəddin Özgündüzü illərdir mediadan izləyirəm. Dəvəti alar- almaz, bu fürsəti qaçırmamaq istədim. Bu gözəl konfransı təşkil edənlərə çox təşəkkür edirəm. Allah, bu vəsiləylə Həzrəti Peyğəmbərimizin(s) pak soyundan gələn o böyük şəxsin, İmam Cəfəri Sadiqin(ə) sevgisini ürəyimizə yerləşdirsin.” dedi.
Balın ardından Zeynəbiyəli gənclərdən Güvən Tüstü və Hz. Əbu Talib Məscidi İmamı Hüseyn Çaça şeirlərini təqdim etdilər.
Daha sonra CƏFƏRİDƏR Alimlər Yüksək Məşvərət şurası üzvü Hamid Turan “İmam Cəfəri Sadiq (as) və Fiqhi Məzhəblərin Doğuşu” mövzusuna toxundu. Daha sonra Höccətülislam Səlahəddin ÖZGÜNDÜZ -Əli YÜCE (CEM Vəqfi Aləvi-İslam Din Xidmətləri Başçısı), Səlahəddin YAZIÇI (Bütün İlahiyyat Fakültələri və Yüksək İslam İnstitutları Məzunları Dərnəyi Başçısı) danışmalarını etdilər.
Birlik mesajlarının önə çıxdığı danışmaların ardından orada iştirak edən alimlər dinləyicilərin suallarını cavablandırdılar.
Konfransın sonunda İran İslam Respublikası Beynəlxalq Cəmiətul Mustafa Universiteti nümayəndəsi Dr. Rəsul Abdullahi və Almaniya İmam Əli Məscidi İmamı Mücahid Talayhan çıxış ediblər.