Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Qarabağ münaqişəsi həll olunsa...

Rəcəb Tayyib Ərdoğan hesab edir ki, belə olan halda Türkiyə-Ermənistan məsələsi də çözüləcək 

22 Şubat 2010
Qarabağ münaqişəsi həll olunsa...

"Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həllinə dair yekun nöqtəyə gələ bilmir. Bu, Türkiyə parlamentində ciddi narahatlıq yaradır". Belə bir bəyanatla Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib. İspaniyada səfərdə olan Ərdoğan bir daha bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunsa, Türkiyə -Ermənistan məsələsi də həllini tapacaq.

“Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ məsələsinin həlli ilə məşğul olan ATƏT-in bir Minsk "üçlüyü" var. Təəssüf ki, bu "üçlük" münaqişənin həlli üçün yekun nöqtəyə gəlməyib. İndi bu müddət ərzində müvafiq məsələnin həll edilməməsi üzündən bizim parlamentdə də ciddi narahatlıq var. Bu məsələnin həll edilməsi lazımdır”,- deyə Ərdoğan bildirib.

Baş nazirin sözlərinə görə, eyni sıxıntını Ermənistan tərəfi də yaşayır: "Əsas odur ki, ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasındakı bu məsələni həll etməlidir. Qarabağ münaqişəsi həll olunan kimi isə Ermənistanla Türkiyə arasındakı bütün məsələlər çözüləcək"

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.