Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Tiflisdə Xocalıya Həsr Edilmiş Tədbir Keçirilib

Tiflisdəki M.F.Axundov adına mədəniyyət muzeyində Xocalı soyqırımının 18-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. 

22 Şubat 2010
Tiflisdə Xocalıya Həsr Edilmiş Tədbir Keçirilib

Gürcüstan bürosunun məlumatına görə, tədbiri muzeyin direktoru Leyla Əliyeva açaraq Xocalı hadisəsi barədə tədbir iştirakçılarına müfəssəl məlumat verib, sonra soyqırım qurbanlarının xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edilib. Sonra Quran ayələri oxunub.

ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəsmisi Arif Əliyev, Gürcüstan parlamentinin keçmiş deputatı Hidayət Hüseynov və başqaları çıxış edərək Xocalı soyqırımını törədənləri lənətləyərək, bu hadisəyə hələ də lazımi qiymət verilmədiyini və cinayətkarların asudə gəzdiklərini qeyd ediblər. Çıxış edən hər kəs Xocalı hadisəsini əsrin faciəsi adlandırıb, etiraz səsini ucaldıb.

Tədbirdə Xocalıya ədalət kompaniyasına qoşulan Tiflisdəki 73 saylı orta məktəbin şagirdləri, Qardabani, Marneuli və Bolnisidən gəlmiş azərbaycanlılar və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Xocalı soyqırımına aid filmə baxış keçirilib və soyqırımdan bəhs edən kitabların sərgisi keçirilib.

Ehtiyatda olan gürcü general-mayoru Cimşer Sxirtladze APA-ya açıqlamasında müharibə haqqında fikirlərini bölüşüb: “Xocalıya həsr edilmiş filmi izlədim. Lakin dəfələrlə müharibə şahidi olmuş, bu prosesləri izləmiş və iki dəfə yaralanmış bir hərbiçi kimi qeyd edim ki, filmə baxdıqdan sonra qərara gəldim ki, bu cinayəti törədənləri gizlətmək lazım deyil. Cinayətkarlar həqiqi cəzasını almalıdır”.

 

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.