Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Hüsəyn (ə) Aşiqləri Kərbəla'ya Yönəlirlər 

İraqın müxtəlif şəhərlərindən milyonlarla müsəlman Kərbəla şəhərinə tərəf hərəkət etməkdədirlər. 

01 Şubat 2010
Hüsəyn (ə) Aşiqləri Kərbəla'ya Yönəlirlər 

Onlar İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü – Ərbəin günü münasibətilə təşkil ediləcək mərasimdə iştirak etmək istəyirlər.

Uşaqlardan, qadınlardan, cavanlardan və qocalardan ibarət olan böyük bir insan axını, əllərində “Ya Hüseyn” və “Ya Abbas” yazılmış bayraqlarla, Kərbəla şəhərinə doğru hərəkət etməkdədir. Bildirildiyinə görə bu mərasimdə 500 minə yaxın xarici zəvvarın da iştirak edəcəyi gözlənilir. Kərbəla şəhərində olan 320 mehmanxana xarici zəvvarlar tərəfindən əvvəlcədən bron edilərək tutulmuşdur.

Qeyd etmək lazımdır ki, hər il olduğu kimi bu il də Kərbəla şəhərinə gələn yollarda çadırlar qurulmuşdur. Onlar gələn qonaqları qarşılayır və xidmət göstərirlər.

İmam Hüseynin (ə) Ərbəini münasibətilə İraqın Kərbəla şəhərinə axışıb gələn saysız-hesabsız Hüseyn (ə) aşiqlərinin rahat ibadət etmələri üçün geniş təhlükəsizlik tədbirləri görülməkdədir.

Bildirildiyinə görə, təhlükəsizlik proqramları zəvvarların mübarək hərəmə daxil olmalarından iki gün əvvəldən həyata keçirilməyə başlayacaqdır. Təhlükəsizlik tədbirlərinin səmərəli şəkildə yerinə yetirilməsi üçün 15 min nəfərlik polis qüvvələri cəlb edilmişdir.

Kərbəla şəhərinin polis rəisinin verdiyi məlumata görə, bu mərasim üçün xüsusi təhlükəsizlik tədbirləri nəzərdə tutulmuşdur. Polis rəisinin sözlərinə görə, ehtiyac yaranacağı təqdirdə cəlb edilmiş təhlükəsizlik qüvvələrinin sayını 25 min nəfərə qədər çatdırmaq imkanları da planlaşdırılmışdır.

Kərbəlaya gələnlərin sayının ildən-ilə artması həmçinin, burada mövcud olan otel-mehmanxana sferasına də təsirsiz ötüşməmişdir. Məsələn, artıq bu il şəhərdə olan bütün otellərin, yəni 320 mehmanxananın hamısı tutulmuşdur. Kərbəla şəhərinin ekskursiya müdirinin bildirdiyinə görə, artıq başqa ölkələrdən də burada otel kompleksləri inşa etmək üçün çoxlu sayda təkliflər alınır. Və hal-hazırda bu təkliflər müzakirə olunmaqdadır

Qeyd edək ki, hər il İmam Hüseynin (ə) şəhadətinin 40-cı gün dönəmində İraqın həm özündən, həm də ölkə xaricindən gəlmiş çoxlu sayda müsəlman ayaqyalın formada Kərbəlaya tərəf hərəkət edirlər.

/Deyerler.org:/

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.