Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Ərdoğanın Aşura bəyanatı

?Bu, bütün ümmət üçün haqq və ədalət günüdür?  

28 Aralık 2009
Ərdoğanın Aşura bəyanatı

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Aşura günü ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda Aşuranın müsəlmanların yalnız bir hissəsinə yox, bütün ümmətə aid gün olması vurğulanır: “İnanc və mədəniyyət dünyamızda məhərrəmin 10-cu günü haqq və ədalət duyğusunu qorumağı bacarmış hər bir vicdan sahibi üçün gerçək hörmət və ehtiramı tələb edən qalıcı bir istinad nöqtəsidir”.

Baş nazir daha sonra deyib: “Həzrət Peyğəmbərin (s) sevimli nəvəsi Həzrət Hüseyn (ə) və yanındakı günahsız insanların Kərbəlada yaşadığı dram əlbəttə vahidiyin, bəzimizin deyil, millət olaraq hamımızın ortaq ağrısı, ortaq hüznü və ortaq kədəridir. İstibdad, zülm və xəyanətə qarşı əzmin, ədalətin və fədakarlığın yüksələn bayrağı olan Kərbəlada yaşananlardan bu günə uzanan mesaj əmanətə riayəti, vəfanı, ədalət duyğusundan əsla ayrılmamağımızı zəruri edir. Millətimizin Əhli-Beyt (ə) eşqi və övladi-Kərbəlanın ağrıları ilə yoğurulmuş müdrikliyi - ictimai birlik və vəhdətimizin, dirilik və nizamımızın tarixi bir təminatıdır”.

Musavat

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.