Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Fatiməyi-Zəhra (s.ə.) məscidində Aşura mərasimləri keçirilib

Yeni Günəşlidəki Fatiməyi-Zəhra (s.ə.) məscidində Məhərrəm-Səfər əyyamını qeyd edilir.  

28 Aralık 2009
Fatiməyi-Zəhra (s.ə.) məscidində Aşura mərasimləri keçirilib

Aşura günü səhər saatlarında xeyli sayda Yeni Günəşli sakini Tasua və Aşura mərasimlərini keçirmək üçün axın-axın məscidə döğru hərəkət ediblər.

Yeni Günəşli sakinlərindən əldə etdiyimiz məlumatlara əsasən, səhər saat 10 radələrində xeyli sayda Yeni Günəşlinin inanclı sakini hazırda qapıları bağlı saxlanılan məscidlərinin ətrafına toplaşmışlar. Sakinlər bununla əzadarlıq mərasimlərini Fatimeyi-Zəhra (s.ə.) məscidində keçirmək istəklərini izhar ediblər. Suraxanı RPİ-nin 200-dək polis nəfəri öncə inanclıların məscid həyətinə daxil olmasının qarşısını almaq istəsə də, nəticədə sakinlər məscidə daxil olmuşdur. Getdikcə artan kütlə Fatiməyi-Zəhra (s.ə.) məscidinin darvazalarını açaraq məscidin həyətinə daxil olmuşlar. Çox keçmədən inanclı sakinlər tərəfindən məscidin həyətində İmam Hüseynin (ə) və onun yolçularının əzadarlıq məclisləri bərpa edilmişdir. Bu zaman Fatiməyi-Zəhra (s.ə.) məscidi dini icmasının üzvləri tərəfindən nitqlər söylənilmiş, Kərbəla səhnələrinin qəhrəmanlıqları xatırlanmış, mərsiyələr deyilərək əzadarlıq edilmişdir. Daha sonra Fatiməyi-Zəhra (s.ə.) məscidi dini icması cəmlə zöhr və əsr namazlarını məsciddə qılmışlar.

Sözügedən icmanın sədri Seyyid Tofiq Rəsizadə deyerler.org-a hadisələri şərh edərkən bildirmişdir: “Bu gün burada baş verənləri Allah etdi. Allah istədi ki, bu gün burada Yeni Günəşlinin inanclı insanları, sakinləri ilə hakkimiyyətimiz birləşsin. Hazırda məsciddə əzadarlıq mərasimləri bərpa olunub. Heç bir narahatlıq yoxdur. Polis də asayişimizi qorumaqdadır. Hər hansı bir arzuolunmaz hadusər yaşanmayıb. Hər şey yaxşıdır”.

Xatırladaq ki, bundan bir neçə gün öncə Fatiməyi-Zəhra (s.ə.) məscidi dini icması məsciddə əzadarlıq mərasimlərinin keçirilməsi ilə bağlı ölkə başçısına, bütün aidiyyəti strukturlara müraciətlər ünvanlamışdı. Görünən budur ki, icma üzvlərinin həmin müraciətləri qəbul edilmişdir.

Deyerler.org

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.