Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

İmam Hüseynin (ə) əzadarlığına gənclər arasında xüsusilə böyük rəğbət var

Artıq Məhərrəm-Səfər əyyamıdır. Əhli-beyt (ə.s.) vətəni Azərbaycanda da ölkənin hər yerində bu matəm, İmam Hüseyn (ə) əzadarlığı geniş qeyd edilməkdədir. 

24 Aralık 2009
İmam Hüseynin (ə) əzadarlığına gənclər arasında xüsusilə böyük rəğbət var

İlahiyyatçı-alim, Məşhədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli Məşhədi Dadaş məscidində keçirilən əzadarlıq məclislərindən söz açarkən Deyerler.org-a bildirmişdir: “Bismillahir Rəhmanir Rəhim! Məlum olduğu kimi 5 gündür ki, Məhərrəm-Səfər əyyamı daxil olub. Bu Məhərrəm ayı da daxil olan vaxtdan hər axşam saat 20:00-da əzadarlıq məclisləri olur. Xütbələr oxunur, sonra əzadarlıq edilir. Bu məclislər, inşaallah, axıra qədər hər axşam davam edəcək, Aşura günü də səhərdən axşamadək. Axşam da mərasimlər təşkil olunacaq. Sonra İmam Hüseynin (ə) 3 mərasimi münaasibətilə məclis keçiriləcəkdir. Ərbəinə qədər də hər həftə bu əzdaralıq mərasimmləri davam edəcəkdir, İnşaallah!

Builki mərasimlərdə insanların iştirakında hiss olunacaq dərəcədə artım var. Hər gün müxtəlif yerlərdə olan məclislərdə demək olar ki, minlərlə insan iştirak edir, o cümlədən bizim məsciddə də. Mütxətif yaş kateqoriyalarından olan insanlar bu məclislərdə yaxından iştirak edirlər, istər gənclər, istərsə də yaşlılar. Amma İmam Hüseynin (ə) əzadarlığına gənclər arasında xüsusilə böyük rəğbət var. Ötən illərdən fərqli olaraq bu il belə gənclər arasında artım daha çoxdur və bu mərasimlər daha kütləvi şəkildə keçirilir.

Xatırladaq ki, Məhərrəm ayının 10-cu günü sevgili İslam Peyğəmbərinin (s) nəvəsi, İmam Hüseyn (ə) Yezid ibni Müaviyə (lən.) tərəfindən şəhid edilmiş, Əhli-Beyti (ə) isə əsir götürülmüşdür. Bu hadisə tarixə Kərbəla müsibəti və Aşura günü kimi daxil olmuş və hər il dünyada geniş qeyd edilir.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.