Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fetvası

Bismillahir- rəhmanir- rəhim! Mötərəm mömin qardaş və bacılarımız!  

18 Aralık 2009
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fetvası

Hicri təqvimlə 1430-cu il  başa  çatmaq üzrədir. Qafqaz   Müsəlmanları  İdarəsinin Qazılar Şurası nəzərinizə  çatdırır ki, yeni 1431-ci ilin başlanğıcı – Məhərrəm  ayının
1-i miladi  təqvimi   ilə  2009-cu il  dekabr ayının 18-nə təsadüf edir.

Məhərrəm ayı     hicri-qəməri ilinin   ayları   arsaında   müqəddəs, möhtərəm aylardan   biridir.  Bu ay   islam tarixinə döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də Aşura  Məhərrəm   ayının 10-cu  günü İmam Hüseyn   əleyhisalam və Əhli-Beyt tərəfdarlarının  şəhadətə yetişdiyi ay kimi daxil  olmuşdur. Müsəlman  ümmətinin tarixinə ən acı,  lakin  eyni zamanda qəlblərə qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olmuş  Kərbəla faciəsinin nəsillərin yaddaşında  yaşaması, İmam Hüseyn əleyhisəlamın  həyat və mübarizəsinin yad  edilməsi   olduqca  böyük  əhəmiyyət kəsb edir. Belə  ki,  İmam Hüseyn əleyhisəlamın dininin saflığı uğrunda mübarizəsinin hər il yad edilməsi  bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, torpağa bağlılığın, işğal olunmuş  ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.

        Aşura günü 2009-cu il  dekabr ayının 27-nə təsadüf edir. Kərbəla şəhidləri xatirəsinin yad edildiyi  təziyə günləri münasibətilə bütün dindarlara dərin hüznlə baş sağlığı verir, onlara Allah Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn əleyhisəlamın  əzadarlığının İmamın şəninə layiq şəkildə keçirilməsini  tövsiyyə  edirik. Aşura  mərasimləri   məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət  olunmaqla keçirilməli, təziyə məclislərində   Kərbəla   şəhidlərinin şəninə  xütbələr oxunmalıdır. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb olacaq   hərəkətlərə   yol  verilməməlidir.  Əzadarlar özlərinə xəsarət yetirməməli, bunu digərlərinə də təlqin etməlidirlər.

        Son illər təziyə  günlərində  Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün İmam Hüseyn əleyhissalam naminə qan verilməsi aksiyalarının təşkili ən münasib təziyədarlıq
nümunəsi kimi örnək olmalıdır.       

Ümidvarıq  ki, inşallah,  dindarlarımız  bu  il  də  İmam  Hüseyn  təziyədarlığı   zamanı  bu humanist ənənəni davam etdirərək, İslamın şəhidlik fəlsəfəsinin   mahiyyətinə  daha   dərindən varmağa  nail  olacaqlar.  Bu  hikməti dərk edən və Azərbaycanın    müstəqilliyi   uğrunda  şəhid    olmuş  Vətən  oğullarının  xatirəsi   əziz    tutan   xalqımız   sıx  birləşərək torpaqlarımızın   bütövlüyünü, Vətənimizin   davamlı  tərəqqisini, müqəddəs   dini-mənəvi dərəylərinin təntənəsini təmin etmək yolunda daha artıq əzm nümayiş etdirəcəkdir, inşallah.

      VƏS-SƏLAMU ƏLEYKUM VƏ RƏHMƏTULLAHİ VƏ BƏRƏKATUHU

                                          Bakı şəhəri, 15 Dekabr 2009-cu il
 

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.