Səudiyyə hərbi təyyarələri Yəmənin şimal-qərbində yerləşən Səadə vilayətinə şiələrin yaşadığı məntəqələrə hava hücumlarının yeni mərhələsinə başlayıblar.
Hüsi qiyamçıları bildiriblər ki, dünən başlayan hava hücumları çərşənbə axşamı Səudiyyə quru qoşunlarının məğlubiyyətindən sonra başlayıb.
Bu arada Səudiyyə kralı Abdullah daha öncə Səudiyyə hərbçiləri ilə Hüsi dəstəsi arasında döyüşlərin baş verdiyi Cizan vilayətində gedib. Rəsmi ər-Riyaz bildirir ki, Səudiyyə ordusu hüsiçilərin ölkə ərazisinə daxil olmalarının qarşısını alır. Hüsiçilər isə bu ittihamları təkzib edərək, elan ediblər ki, onlar artıq Səna hökuməti ilə müharibə aparırlar və Səudiyyə ilə ikinci cəbhənin açılmasında maraqlı deyillər. Əksinə şiə qiyamçıları Səudiyyəni şiələrə qarşı Yəmən hökumətini dəstəkləməkdə ittiham edir.
Hüsiçilərin nümayəndəsi Məhəmməd Əbdüs-Səlam bildirib ki, Səadədə humanitar durum ağırdır. Buna səbəb isə Səudiyyə qoşunlarının yaşayış məntəqələrini bombardman etməsidir. Səudiyyənin Səadəyə hücumlarını İsrailin Qəzzaya hücumlarına bənzədən Əbdüs-Səlam dünya ictimaiyyətini hər iki müharibəyə göz yummasında və bununla da hər iki ölkəyə yaşıl işıq verməsində təqsirli bilib. O deyib: “Yəməndə baş verənlər insan hüquqları barədə car çəkən təçkilatları rüsvay edir, çünki onlar mülki vətəndaşlar olan qaçqınlar üçün heç bir şey etmirlər.”
Yəmən hökumətini Səudiyyənin əlaltısı adlandıran Əbdüs-Səlam, rəsmi Sənanı öz vətəndaşlarının qətliamında günahlandırıb: “Bu cür hökumətin legitimliyi yoxdur.” İnsan hüquqları müdafiəçiləri bildiriblər ki, Səudiyyə Ərəbistanı qadağa olunmuş fosfor bombalarından yaşayış məntəqələrində istifadə edib. Yəmən hökumət ordusu isə ərazidə olan su təminatı sistemlərinə hücum ediblər. Yəmənli deputatlardan birinin sözlərinə görə, hökumət qaçqın düşərgələrinə humanitar yardımın göndərilməsinin qarşısını alır.
Xatırladaq ki, müharibəyə səbəb Yəmən hökumətinin Səadə vilayətində zeydi şiələrinə qarşı hərbi əməliyyatlara başlaması olub. Hüsiçilər rəsmi Sənanı şiələrin vətəndaş hüquqlarını pozmaqda, onların siyasi, iqtisadi və dini cəhətdən təcrid etməkdə və korrupsiyada ittiham edirlər.
salaminfo.az