Məscidin vəkili Rövşən Şirəliyevin Deyerler.org-a bununla əlaqədar verdiyi açıqlamalardan məlum olub ki, prosesdə "Fatiməyi-Zəhra (s.ə.)" məscidinin icması tərəfindən bir neçə vəsatət qaldırılmışdır və məhkəmədən tələb edilmişdir ki, onlar əlavə torpaq-kadastr ekspertizası keçirsinlər. Lakin hakimlər öz aralarında məslhətələşərək vəsatəti təmin etməmişlər: “Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaqla məscidin sökülməsini birmənanalı olaraq təsdiq etdi. Hakimlərin vəsatəti təmin etməmələri məndə artıq təəssürat yaratdı ki, bunlar məscidin sökülməsini qətiləşdirmək istəyirlər. Bütün sənədlərin hamısı bizim haqlı oladuğumuzu təsdiq edir. Bu, hakimlərə açıq-aydın məlum məsələdir. Lakin, hansısa bir qüvvənin burada fəallığı bütün işləri məscidin əleyhinə çevirir. Prosesdə iddiaçı tərəflərin, yəni Bakı Şəhər İcra Hakimiyyətinin və Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin bir-birinə zidd çıxışların olmasına baxmayaraq, apellyasiya məhkəməsinin hakimləri ədalətin boğulmasına imza atdılar”, – deyə vəkil qeyd etmişdir.
29 Kasım 2009