APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Kremldəki mənbə bildirib.
“İkitərəfli əməkdaşlığın gündəliyində enerji sahəsində qarşılıqlı münasibətlərin genişlənməsi məsələsi var”, - deyə mənbə qeyd edib.
Kreml təmsilçisi ilkin mərhələdə 0,5 milyard kubmetr Azərbaycan qazının 2010-cu il yanvarın 1-dən Rusiyaya satışına dair bu il oktyabrın 14-də müqavilə imzalandığını xatırladıb.
Bundan başqa, prezidentlər Ulyanovskda dünyanı və regionu məşğul edən aktual problemləri də müzakirə edəcəklər.
“Bunların arasında Rusiyanın da həmsədr kimi iştirakçısı olduğu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də var”, - deyə mənbə qeyd edib.