Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Dünya Əhli-Beyt(ə) qurultayından Yəməndəki qətliama sərt qınam

Dünya Əhli-Beyt (ə) təşkilatı xüsusi bəyanat yayımlayaraq, Yəmənin Saada şəhərində yaşayan Əhli-beyt (ə) yolçularının qırğın edilməsi hadisəsini şiddətlə qınadı. 

19 Kasım 2009
Dünya Əhli-Beyt(ə) qurultayından Yəməndəki qətliama sərt qınam

Dünya Əhli-Beyt (ə) təşkilatı hücumların dərhal dayandırılmasını tələb etdi.

Dünya Əhli-Beyt (ə) təşkilatı, Yəməndə davam etməkdə olan hərbi hücum və qanlı cəhdlərlə əlaqədar olaraq yayımladığı bəyanatın əvvəlinə Qurani-Kərimin "İbrahim" surəsinin 42-ci ayəsini qeyd etdikdən sonra sözə belə başladı: “Böyük bir əzab və kədərlə şahid olduğumuz kimi, bir müddətdir Yəməndə Saada möminləri - qadın, kişi, böyük, kiçik - hər kəs böyük sui-qəsdçilərin planları əsasında barbarca bir şəkildə qətl edilirlər. Bu vaxt bəşər ictimaiyyəti, dövlətlər, beynəlxalq birliklər və bir çox müsəlman ölkələri bu acı hadisəni səssiz-sədasız bir şəkildə izləyir. Dünya birliyinin bu qeydsizliyi səbəbiylə də Yəmənli əsgərlər, müxtəlif bəhanələrlə öz vətəndaşlarını qətl edirlər.”

Dünya Əhli-Beyt (ə) təşkilatı bu məlumatının başqa bir hissəsində “Yəməndə müdafiəsiz müsəlmanların bu şəkildə qırğın edilməsi təbii ki, qatil İsrail və ABŞ-ın plan və dəstəkləri sayəsində reallaşdırılır. Və təəssüf ki, bu dəfə, müsəlman bir hökumətin əli və digər tərəfdən Amerikan silah və bombalarıyla reallaşır” deyə yazarkən ayrıca “İslam ölkələrində müsəlmanlar, oyanıq və hürriyət sevər insanlar, içlərində Allah qorxusu olan alimlərin Saada müsəlmanlarının qırğınını şiddətlə qınadıqları və hücumlara bir an əvvəl son verilməsini istədikləri şərtlərdə, İslam ümməti ictimaiyyətə qarşı maraqsız və qeydsiz davranmanın, şiddət və hücumları davam etdirmənin əvəzi bəzi müsəlman ölkə üçün çox ağır ola bilər” deyə xəbərdarlıq etdi.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.