Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Ermənistan hökuməti Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaqdan imtina edib

Ermənistan hökuməti müxalifətin təklif etdiyi ?Dağlıq Qarabağ Respublikasının tanınması haqqında? qanun layihəsini dəstəkləməkdən imtina edib.  

12 Kasım 2009
Ermənistan hökuməti Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaqdan imtina edib

APA-nın “Armenia Today”a istinadən yaydığı məlumata görə, bu barədə qərar Nazirlər Kabinetinin bu gün keçirilən iclasında qəbul olunub. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan hökumətin qərarını şərh edərkən bildirib ki, indiki mərhələdə bu qanun layihəsinin qəbulu məqsədəuyğun deyil. Hökumətin mövqeyini hakim koalisiyaya daxil olan “Çiçəklənən Ermənistan” partiyası da müdafiə edib. Partiyanın parlament fraksiyasının katibi Aram Səfəryanın sözlərinə görə, Dağlıq Qarabağın müstəqilliyinin tanınması münaqişənin nizamlanmasına dair danışıqlar prosesinin iflasa uğraması demək olardı. Qeyd edək ki, “Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsi İrs Partiyası tərəfindən təqdim olunub. Bu partiya bir neçə il əvvəl də analoji qanunvericilik təşəbbüsü ilə çıxış etsə də, hakim çoxluq bu təşəbbüsün gerçəkləşməsinə imkan verməyib.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.