APA-nın “Armenia Today”a istinadən yaydığı məlumata görə, bu barədə qərar Nazirlər Kabinetinin bu gün keçirilən iclasında qəbul olunub. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan hökumətin qərarını şərh edərkən bildirib ki, indiki mərhələdə bu qanun layihəsinin qəbulu məqsədəuyğun deyil. Hökumətin mövqeyini hakim koalisiyaya daxil olan “Çiçəklənən Ermənistan” partiyası da müdafiə edib. Partiyanın parlament fraksiyasının katibi Aram Səfəryanın sözlərinə görə, Dağlıq Qarabağın müstəqilliyinin tanınması münaqişənin nizamlanmasına dair danışıqlar prosesinin iflasa uğraması demək olardı. Qeyd edək ki, “Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsi İrs Partiyası tərəfindən təqdim olunub. Bu partiya bir neçə il əvvəl də analoji qanunvericilik təşəbbüsü ilə çıxış etsə də, hakim çoxluq bu təşəbbüsün gerçəkləşməsinə imkan verməyib.
12 Kasım 2009