Bu bəyanat Səudiyyə Ərəbistanının Yəmən qiyamçılarına qarşı kimyavi silah istifadə etməsi fonunda səslənib.
“Biz regional və qonşu ölkələrə tövsiyə edirik ki, Yəmənin daxili işlərinə qarışmasınlar və ölkədə sülh və stabilliyin bərpası üçün çalışsınlar. Yəməndəki stabillik bütün bölgədəki stabilliyə töhfə verəcək... Yəməndə, İraqda, Əfqanıstanda və ya Pakistanda qeyri-satbil vəziyyət bütün bölgəyə təsir edəcək... O kəslər ki, oda yağ atırlar, bilməlidirlər ki, alovun dilləri onlara da çatacaq”- Möttəki deyib.
İranın regionda sülhün bərqərar olması üçün çalışdığını deyən Möttəki bəzi ölklərəi terrorçuları maliyyələşdirdiyində ittiham edib. Həmçinin İran rəsmisi Yəmən hökumətinə öz xalqı ilə düzgün tərzdə rəftar etməyi tövsiyə edib. O bildirib ki, İran Yəmənin milli birliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır, ancaq hökumətlə şiə əhalisi arasında etimad qurulmalıdır və bu məqsədlə İran öz vasitəçiliyini təklif edir. Rəsmi Səna artıq bu təklifi qəbul edib.