Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Meşə qardaşları” silahlı birləşmə üzvlərinə hökm oxunub. Hakim Kəramət Əliyevin sədrlik etdiyi məhkəmənin hökmü ilə Azərbaycan vətəndaşları Elnur Bəşirov 15, Qüdrət Məlikov 15, Xalid Vəlimətov 14, Ülfət Məlikov 13, Vahid Əsədov 15, Rusiya vətəndaşı Maqomed İsayev 15, Kamran Bozorgini 8, Zabit Şıxbabayev 7, Samir Babayev 8, Anar Vəlimətov 8, Fariz Məmmədov 8, Rasim İsgəndərov 8, Taleh Məhərrəmov 8, Elşən Allahverdiyev 8, Rafiq Ağacanov 6, Zaur Cəfərov 6, Azər Baxışov 6, Teymur Nərimanov 6, Musa Orucov 5, Aleksandr Nurəliyevin 5 il 6 ay, Məmməd Məmmədov 5 il 6 ay, Elxan Osmanov 6 il, Rüfət Rzayev 5 il 6 ay, Sərdar Bünyatov 5 il 6 ay, Türkiyə vətəndaşları Yamin Ali 6 il, Özdəmir Ergin 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilənlər Azərbaycan Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 120-ci (qəsdən adamöldürmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə ittiham olunublar.