Türkiyə baş naziri Rəcəb Tayib Ərdoğan bildirib ki, Türkiyə ədalətə dəstək çıxmaqla regionda və dünyada nüvə silahı hökmranlığına son qoymağa çalışır. O xüsusilə qeyd edib ki, bu gün İranı nüvə proqramı ilə bağlı ittiham edən dövlətlərin və rejimin hər biri nüvə silahına malikdir, - İslamNyus.ru.
Ədalət və İnkişaf Partiyasının iclasında çıxışı zamanı Ərdoğan qeyd edib ki, Türkiyənin xarici siyasəti planetdə sülhün bərpasına istiqamətlənib və Türkiyə bu mənada olduqca mühüm və böyük bir dövlətdir. “Partiyamızın 7 illik hakimiyyət dövründə biz, bütün qonşu və regional dövlətlərə problemlər ətrafında müzakirələr aparmışıq. Bu mənada Suriya və İraqla isti münasibət misal kimi göstərilə bilər”, - deyə Ərdoğan qeyd edib.
“Bizim xarici siyasətimiz dəyişməyib və dəyişməyəcək. Qəzzada törədilən facilər zamanı ədalətin tərəfində durmaq üçün siyasəti dəyişmək lazım deyildi. BMT baş katibi Pan Gi Mun bildirib ki, Fələstində qeyri-qanuni sionist məskənlərinin tikilməsi vəziyyəti gərginləşdirir. Bunu baş katib deyəndə onu heç kəs tənqid etmir. Lakin, mən belə bir bəyanatla çıxış edəndə mənim ünvanıma tənqdilər yağdırılır. Nə qədər ki, dünyada məzlumlara qarşı zülm olunur, kimlərinsə xoşuna gəlməsə belə biz onları dəstəkləyəcəyik. Türkiyə hər zaman məzlumların səsi olacaq”, - deyə baş nazir vurğulayıb.
Çıxışı zamanı Ərdoğan yaxın vaxtlarda İran İslam Respublikasına edilmiş səfərə də toxunub və bu ölkə ilə bir çox mühüm sənədlərin imzalandığını bəyan edib.
“Bizim qarşımızda duran çox mühüm məsələlərdən biri də İranla ticarət dövriyyəsini 30 milyard dollar həcminə qədər çatdıraqdır. İmzalanmış ticarət müqavilələri sayəsində bu sahhədə inkişaf olduqca aparılacaq. Xüsusilə qeyd edim ki, bizim ölkələrimiz ticarət əməliyyatlarını milli valyuta ilə həyata keçirəcəklər. Biz ümid edirik ki, bu yaxınlaşma özünün uğurlu bəhrələrini verəcək”, - deyə Ərdoğan son olaraq bildirib."