Səfər Əbiyev jurnalistlərə açıqlamasında bildirib ki, S. Sərkisyanın bu torpaqlara gəlməyə ixtiyarı yoxdur: “Ola bilsin ki, bu səfər onun sonuncu səfəri olsun”.
Azərbaycan Ordusunun döyüş hazırlığına toxunan nazir deyib ki, Silahlı Qüvvələr işğal olunmuş torpaqları azad etmək gücündədir.
Səfər Əbiyev Ermənistan ordusunun son günlər hərbi təlim keçirməsi ilə bağlı sualı belə cavablandırıb: “Biz hər şeyi yaxşı bilirik. Düşmən aktivləşə bilməz”.
Azərbaycanın müdafiə naziri noyabrın 2-də Azərbaycana Türkiyə hərbi nümayəndə heyətinin səfər edəcəyini də söyləyib.