İranın cənub-şərqindəki Sarbaz şəhərində növbəti terror hadisəsi törədilib. İlkin məlumata görə, partlayış nəticəsində 20 nəfər həlak olub, 60 nəfər yaralanıb. İTAR-TASS-ın verdiyi məlumata görə, "Allahın elçiləri" qruplaşmasından olan silahlı süni və şiə cəmiyyətlərinin birgə keçirdiyi zala daxil olaraq özünü partladıb. BBC-nin verdiyi məlumata görə isə, hadisəyə görə məsuliyyəti öz üzərinə heç bir təşkilat götürməyib.
İran parlamentinin spikeri Əli Laricani bildirib ki, terrorçular Sistan və Belucistan əyalətlərindəki vəziyyəti çətinləşdirmək məqsədi güdürmüşlər.
Qeyd edək ki, hadisə nəticsində İran İslam İnqilabı Korpusunun iki generalı ölüb. Bunlar quru qoşunları generalı Nurali Şuştari və Sistan və Belucistan əyalətlərinin rəhbəri, general Mühəmmədzadədi.