Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

"Qəzzalı şagirdlərin hələ də məktəblərinin olmamasına görə özümü günahkar hiss edirəm"

Türkiyənin Xarici İşlər naziri İsrailin Qəzzaya hücumu qarşısında Türkiyənin heç bir reaksiya nümayiş etdirməməsinin mümkün olmadığını bildirib. 

17 Ekim 2009

“Bu gün biz İraqla hər şeyimizi bölüşürük. Lazım gələrsə, 24 deyil, 25-ci saatı da tapıb sülhün bərqərar olması üçün çalışarıq. Ancaq bu perspektiv Qəzzada mövcud deyildir. Buna görə də biz Qəzzaya bu qədər əhəmiyyət veririk. Bu ilin yanvarında indiyə qədər 8 aydır ki, Qəzzadan İsrail ərazisinə bir dənə belə olsun raket zərbəsi endirilməyib. Buna baxmayaraq, qəzzalı şagirdlərin hələ də təhsil alacaqları məktəbləri yoxdur. Onların həyat şəraitlərinin normallaşdırılmasını istəmək İsrail əleyhdarlığı deyildir. Əksinə, bu, bəşəri bir vəzifədir”, - deyə Türkiyə XİN rəhbəri qeyd edib.

Nazir “TRT” telekanalında yayımlanan “Ayrılıq” serialına İsrailin etirazı ilə bağlı suala cavabında ölkəsində senzuranın olmadığını bildirib. Ə.Davudoğlu serial çəkilişi ilə bağlı nazirliyin müşavir vəzifəsini yerinə yetirmədiyini deyərək, digər siyasi xadimlərin də bu məsələyə münasibət bildirməmələrini istəyib.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.