Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Şəhidlər Xiyabanından Türkiyə bayraqları götürülüb

Səbail rayon icra hakimiyyəti: "Bu kampaniya xarakteri daşımır"  

17 Ekim 2009
Şəhidlər Xiyabanından Türkiyə bayraqları götürülüb

Bakıda Şəhidlər Xiyabanında şəhid Türk hərbçilərinin şərəfinə ucaldılmış abidənin ətrafındakı Türkiyə bayraqları yığışdırılıb. Ərazinin gözətçisinin bildirdiyinə görə, bayraqlar oktyabrın 15-də götürülüb.

«Səhər saatlarında iki-üç nəfər fəhlə gəlib bütün bayraqları çıxardılar. Dünən axşama yaxın isə həmin fəhlələr gəlib Türk bayraqlarının asıldığı dirəkləri sökdülər. Əvəzində həmin kəsilmiş dirəklərin yerləri betonlanıb, üstü də daş plitələrlə örtülüb», deyə gözətçi bildirib.

Gözətçi fəhlələrin kimin göstərişi ilə hərətəkət etdiyini bilmədiyini deyir: «Görünür, kimsə yüksək vəzifəli adamlar tapşırıb. Meriya da ola bilər. Bu işi görənlər isə sadə fəhlələr idi».

Adını vermək istəməyən gözətçi deyir ki, fəhlələrdən əvvəl əraziyə vəzifəli adamlar da gəlib: «Qalstuklu adamlar idi. Xarici maşınlardan düşüb, abidə ətrafında bir neçə tapşırıq verdilər. Onlardan 1-2 saat sonra isə həmin fəhlələr gəlib dirəkləri kəsib apardılar».

Qeyd edək ki, bu məsələ Türkiyə kütləvi informasiya vasitələrində
geniş işıqlandırılıb və narazılığa səbəb olub. Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov Türkiyənin "Haber ekolay" internet qəzetinə bildirib ki, Türk əsgərlərinin şərəfinə ucaldılmış abidənin ətrafından Türkiyə bayraqlarının yığışdırılması kampaniya məqsədi daşımır.
O, bu məsələnin «Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında» qanun çərçivəsində həyata keçirildiyini və tez-tez bu bayraqlarla bağlı yoxlamalar keçirildiyini deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov isə "Haber ekolay"a bildirib ki, Türkiyə bayraqları abidənin ətrafında aparılan təmir işləri ilə bağlı çıxarılıb. O qeyd edib ki, Xarici İşlər Nazirliyi nə bayraq asır, nədə bayraq yığışdırır: «Bu məsələ bizə aid deyil”. Azərbaycan XİN rəsmisi bu məsələdən narahatlıq keçirməyin lazımsız olduğunu qeyd edib.

Xatırladaq ki, bu abidə 1918-ci ildə Bakıda qanlı qırğınlar törədən bolşevik-erməni daşnak qoşunlarına qarşı mübarizədə şəhid olmuş 1130 Türk əsgərinin şərəfinə ucaldılıb.

Anspress

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.