Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Səməd Seyidov: ?Türkiyədən böyük ümidlərlə qayıdırıq?

Azərbaycan Milli Məclisinin üzvləri Türkiyəyə səfərlərinin yekununa həsr olunmuş mətbuat konfransı keçiriblər.  

16 Ekim 2009
Səməd Seyidov: ?Türkiyədən böyük ümidlərlə qayıdırıq?

APA-nın “CNN Türk”ə istinadən yaydığı məlumatına görə, Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəyə “həm Türkiyə dövlətinin, həm iqtidarın, həm də müxalifətin Azərbaycanın maraqlarına zərər verəcək bir addım atmayacağı duyğuları ilə dönəcəklərini” bildirib. Nümayəndə heyətinin üzvü Fəzail Ağamalı jurnalistlərin “Türkiyə verdiyi sözün üstündə durmasa, Azərbaycan hansı addımlar atacaq” sualını “O zaman Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, strateji münasibətlərə sona çatmış olar, Türkiyə bizim üçün adi qonşu dövlətə çevrilər” cavabını verib: “Azərbaycan PKK ilə əlaqələr qursa, Türkiyə hansı hisslər keçirər? Ermənistan bizə PKK-dan da böyük pisliklər elədi”. Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli ilə Azərbaycan-Türkiyə qardaşlığının heç zaman bitməyəcəyini deyib: “Bu, genetik və əbədi bir qardaşlıqdır”. Millət vəkili Qənirə Paşayeva isə Türkiyə-Ermənistan münasibətləri gündəmə gələn zaman “Sarı gəlin” türküsünün erməni türküsü kimi qələmə verildiyini xatırladıb: “Azərbaycanda bu türkünün xüsusi mənası var. “Sarı” gəlinin erməni türküsü kimi təqdim olunması və ifa edilməsi Azərbaycan xalqını kədərləndirir. Buna son verilməsini rica edirik”.
dedi.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.