Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Azərbaycan-Türkiyə əlaqələrinə xələl yetirmək istəyən qüvvələrə imkan verilməyəcək

Ankarada jurnalistlərə açıqlamasında Azərbaycan Parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) vitse-prezidenti Səməd Seyidov bildirib. 

16 Ekim 2009
Azərbaycan-Türkiyə əlaqələrinə xələl yetirmək istəyən qüvvələrə imkan verilməyəcək

"Azərbaycanın qəlbində Türkiyəyə və türk xalqına sevgi var və eyni zamanda Türkiyədə qəlblərdə Azərbaycan və Dağlıq Qarabağ sevgisi var", - azərbaycanlı deputatların Turkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoganla görüşdən sonra Seyidov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə əlaqələri "bir millət iki dövlət" prinsipləri üzrə inkişaf edir. "Azərbaycan problemlərin fonunda Türkiyənin yüksək siyasət yürüdəcəyinə əmindir", - AŞ PA-nın vitse-prezidenti vurğulayıb.

Trend News-un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Azərbaycan Milli Məclisinin üzvlərindən - Səməd Seyidov, Nizami Cəfərov, Əli Hüseynov, Qənirə Paşayeva, Mübariz Qurbanlı, Qüdrət Həsənquliyev, Əkrəm Abdullayev, Gültəkin Hacıbəyli, Asəf Hacıyev, Rövşən Rzayev və Fəzail Ağamalı mövcud vəziyyəti daha dərindən öyrənmək məqsədilə Ankarada bir sıra görüşlər keçirəcək.

 

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.