Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Gözlər Bursada

İşğalçı ölkənin prezidenti Türkiyədə dost kimi qarşılanacaq  

14 Ekim 2009
Gözlər Bursada

Bu gün Bursada Türkiyə və Ermənistan futbol milliləri qarşılaşacaq. Amma bu qarşılaşma idmandan daha çox siyasi anlam daşıyır. Çünki oyunu izləmək üçün Ermənistan prezidenti Serj Sarksiyan Türkiyəyə səfər edəcək və türkiyəli həmkarı Abdullah Güllə birlikdə Bursada olacaq. Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan da oyunu izləyəcək.
Ötən axşam Türkiyə prezidentinin təhlükəsizlik xidməti oyunun keçiriləcəyi Bursa Atatürk stadionunda olub və araşdırmalar aparıb. Stadionda protokol üçün 150 nəfər yer, mətbuat tribunasında isə 400 yer ayrılıb. Əgər Ermənistandan futbol azarkeşi gəlməsə, onlar üçün 1000 nəfərli tribuna boş saxlanılacaq.
Stadiona Azərbaycan və Şimali Türk Cümhuriyyətinin bayraqlarının keçirilməsi mümkün olacaq. “Serj Sarkisyan Bursaya gəlməsin” tələbi ilə 50 min imza toplayan «Türk Kamu-Sen» təşkilatının Bursa şöbəsinin rəhbəri Səlcuq Türkoğlu bildirib ki, Türkiyə-Ermənistan qarşılaşması üçün 15 min Türkiyə və Azərbaycan bayrağı hazırlanıb və tamaşaçılar arasında paylanılıb.
Ermənistan prezidenti Serj Sarkisyanın Bursaya yerli vaxtla saat 16.00-da (Bakı vaxtı ilə saat 18.00) gələcəyi gözlənilir. O, «Almira» otelinə gedəcək və ikiotaqlı nömrədə yerləşəcək. Otaqda Ermənistan prezidentinə kestane şəkəri və meyvələr təqdim olunacaq.
Serj Sarkisyan və Abdullah Gül futbol qarşılaşmasından əvvəl axşam yeməyində olacaqlar. Onlara veriləcək qidalar ciddi nəzarət altında hazırlanacaq, yemək nümunələri müayinədən keçiriləcək. Yeməkdən sonra prezidentlər futbol qarşılaşmasını izləmək üçün stadiona yollanacaqlar. Dövlət başçılarını 70 nəfərlik cangüdən heyəti qoruyacaq.
Oyuna mətbuatın marağı çox böyükdür. Qarşılaşmanı izləmək üçün 400-ə yaxın yerli və xarici jurnalist qeydiyyatdan keçib. Stadionun ətrafında indiyədək 12 canlı yayım avtomobili yerləşib. Oyun Bakı vaxtı ilə saat 23.00-də başlayacaq.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.