Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Ermənistanla münasibətlərin normallaşması prosesində Azərbaycan Parlamentindəki çıxışım çərçivəsində hərəkət edirik

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan: "Ermənistanla münasibətlərin normallaşması prosesində mənim Azərbaycan Parlamentində çıxışımın çərçivəsində hərəkət edirik" 

13 Ekim 2009
Ermənistanla münasibətlərin normallaşması prosesində Azərbaycan Parlamentindəki çıxışım çərçivəsində hərəkət edirik

"Ermənistanla Azərbaycan arasında problemlər həll olunarsa, Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşması prosesi asanlaşacaq", - deyə Ərdoğan bildirib.

Baş nazir qeyd edib ki, Türkiyə Parlamenti oktyabrın 10-da Ermənistan və Türkiyənin xarici işlər nazirləri arasında imzalanan sazişi təsdiqləməzsə, iki ölkənin münasibətlərinin normallaşması prosesi başlaya bilməz.

Ərdoğan həmçinin müxtəlif ölkələrdəki erməni diasporlarının Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini etirazla qarşılamalarına toxunub.


Baş nazir çıxışında Minsk Qrupu üçlüyünün səylərinin indiyə qədər nəticə verməməsindən təəssüflənib. "Baxmayaraq ki, Minsk Qrupu davamlı olaraq Azərbaycanla Ermənistanı bir araya gətirib, ancaq heç bir nəticə yoxdur", - Ərdoğan deyib.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Trend.az

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.