Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Türkiyə-Ermənistan matçından əvvəl azarkeşlərə 15 min Azərbaycan bayrağı paylanacaq

Türkiyə-Ermənistan milli futbol komandalarının oktyabrın 14-də Bursada keçiriləcək matçı ərəfəsində bu şəhərdəki bəzi qeyri-hökumət təşkilatları Azərbaycana dəstək əlaməti olaraq 15 min ədəd Azərbaycan bayrağı hazırlatdırır. 

09 Ekim 2009
Türkiyə-Ermənistan matçından əvvəl azarkeşlərə 15 min Azərbaycan bayrağı paylanacaq

Kamu-Sen (Kamu Çalışanları Sendikaları Konfederasyonu) həmkarlar təşkilatının Bursa təmsilçisi Səlcuq Türkoğlu bildirib ki, Türkiyə-Ermənistan matçında Azərbaycanı dəstəkləmək istəyirlər və bu, onların demokratik hüququdur: “Prezidentimiz Abdulla Gül Ermənistan-Türkiyə matçında iştirak etmişdi. Bu mənada Ermənistan prezidenti Serj Sarkisyan da Türkiyədəki matça dəvət edildi. Bu dəvətdən sonra Sarkisyanın yalnız sərhəd qapısı açıldıqdan sonra Türkiyəyə gələ biləcəyini söyləməsi ictimaiyyətimizin ciddi etirazına səbəb oldu. Biz idman qarşılaşmasının siyasətə alət edilməsinə etiraz edirik. “Sarkisyanı Bursada görmək istəmirik!” şüarı ilə keçirdiyimiz imza kampaniyasına xalq ciddi dəstək verdi”.

S. Türkoğlu dünyanın gözünün bu matçda olacağını nəzərə alaraq Azərbaycanın məruz qaldığı haqsızlığı dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istədiklərini deyib: “Türk milli komandasının Azərbaycan bayraqları ilə dəstəklənməsi bu baxımdan mənalı olacaq. Dövlətimizin səlahiyyətli şəxslərinin həssaslığını anlayırıq. Biz də ölkəmizin imicinə zərər gəlməsini istəmirik. Ancaq Azərbaycan xalqı ilə bir millət, iki dövlətik. İki ölkənin bayraqlarını bir-birindən ayırmırıq. Azərbaycan bayraqlarının stadiona buraxılmayacağı barədə qərarı anlamırıq. Qanayan yaraları dilə gətirmək insanların haqqıdır. Burada qeyri-qanuni heç nə yoxdur. Bursada minlərlə azərbaycanlı var. Azərbaycanı sahiblənən bir çox insan öz mövqeyini ifadə etməyi özünün qanuni haqqı kimi görür, burada anormal durum yoxdur. Qeyri-hökumət təşkilatları da minlərlə Azərbaycan bayrağı ilə qardaş dövləti dəstəkləmək istəyir”.

Qeyd edək ki, Bursa valisi Şəhabəddin Harput matçın oynanacağı Bursa Atatürk stadionuna yalnız Türkiyə bayraqlarının buraxılacağını açıqlayıb.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.