“Bu şəhərdə cümə namazını nəyin bahasına olursa-olsun təşkil edəcəyəm”. Seyid Muhəmmədbaqir Nasir sonra dedi: “Biz müzakirələr nəticə verənə qədər və Ərəbistan padşahının bağlanmış məscidin problemlərini həll etməsinə qədər gözləyəcəyik. Bu bizim təbii haqqımızdır ki, hər müsəlman və vətəndaş kimi dini vəzifələrimizlə məşğul olaq”.
İmam-cümə şəhərin sakinlərindən birinin evində çıxış edərək, Əhli-beyt (ə) ardıcıllarının digər məzhəblərə verilən haqlardan məhrum olması haqda danışdı və təəsüf hissi ilə dedi ki, bu aşkar ayrı-seçkilikdir.
Mətbuat agentliyinin verdiyi məlumata görə Fitr bayramından sonra Əl-Xəbər şəhərinin polisi, Ramazan ayı boyunca bağlanmış Əhli-beyt (ə) ardıcılları məscidlərinin birinin yanında qurulmuş çadırda imam-camaat olan Şeyx Muhnanı çağırmış və onu məcbur etmişdilər ki, bir neçə sənədi imzalayaraq, namaz qıldıqları bu çadırı söksünlər.
Başqa tərəfdən də “Hümen rayts voç” təşkilatı Səudiyyə dövlətinin son illər ərzində Əhli-beyt (ə) ardıcılları imam-cümələrinə qarşı nalayiq rəftarı, çox sayda məscid və hüseynilərin bağlanması haqda nigarançılığını bildirmişdir.
Deyerler.org