Pakistanın baş naziri bu ölkənin şimalında yerləşən Əhli-beyt (ə) ardıcılları yaşayan Gilgit şəhərini görməyə gedərkən, buranın insanları qarşısında çıxış etdi və dedi: “İftixar edirəm ki, İslam Peyğəmbərinin (s) və İmam Hüseynin (ə) övladıyam”.
Bu səfər baş nazirin ölkənin şimalına etdiyi ilk səfər idi və o, dedi: “Bu məntəqənin xalqının ixtiyarı vardır ki, öz nümayəndələrini özləri seçsinlər və vilayət parlamentinə malik olsunlar, çünki dövlət bu sahədə ilk addımını atmışdır”.
Gilani Pakistanın şimalında keçəcək seçkilərə işarə edərək, dedi: “Seçkilər məhkəmənin nəzərəti altında və tamamilə şəffaf keçəcək. Qalib gələn hər bir partiyanın ixtiyarı vardır ki, həmin vilayətdə hökuməti təşkil etsin”.
O, dedi: “Pakistan dövləti bu məntəqənin genşləndirilməsi üçün ən azı 12 milyard rupi xərcləmişdir və yenə də xərcləyəcəkdir. Bilirəm ki, bu mənqədə yoxsullar yaşayırlar, ancaq hal-hazırki hökumət xalqa xidmət üçün əlindən gələni əsirgəməyəcəkdir”.
Baş nazir elan etdi ki, bu məntəqədə bir Tibb institutu təsis ediləcəkdir.
Deyerler.Org