Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Azərbaycan və Ermənistan prezidentləri oktyabrın 8-də Kişnyovda görüşəcəklər - rusiyalı həmsədr

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü oktyabrın 8-də Kişnyovda keçiriləcək.  

06 Ekim 2009
Azərbaycan və Ermənistan prezidentləri oktyabrın 8-də Kişnyovda görüşəcəklər - rusiyalı həmsədr

Bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.

"Yerevandan sonra biz razılaşdırılmış təkliflə Bakıya gəldik. Azərbaycan Prezidenti də öz razılığını verdi", - Merzlyakov bildirib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Kişnyovda MDB dövlətlərinin sammiti çərçivəsində görüşəcəklər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

"Dünən Azərbaycan Prezidenti Moskva görüşünü müsbət qiymətləndirdi və Kişnyovda müsbət dinamikaya ümid etdiyini bildirdi", - rusiyalı həmsədr deyib.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.