Bildirilir ki, Fitr bayramına bir neçə gün qalmış Əmmar Həkimin mühafizəçiləri böyük bir sui-qəsdin üsütünü açmışdılar ki, bu suiqəsd Şuranın rəhbərləri Əmmar Həkim, Seyid Ədi Əbdulməhdi və Şeyx Cəlaləddin Səğir üçün nəzərdə tutulmuşdu və bu mühafizəçilər sui-qəsdin bir neçə üzvünü tutaraq, İraq dövlətinin Təhlükəsizlik Nazirliyinə təhvil vermişdilər.
Xəbər verildiyinə görə, bu terrorda əli olan təşkilatlar Əl-Qaidə və “Bəəs” partiyasıdır və bu təşkilatın rəhbərinin Bin Ladenlə birbaşa əlaqəsi vardır.
Bu agentliyin verdiyi məlumata görə, mahircəsinə hazırlanmış bomba Əmmar Həkimi terror etmək üçün namaz qılınan yerin birinci cərgəsinə qoyulmuşdu. Bu məlumat alınandan dərhal sonra Nazirlik hərəkətə keçərək, bu əməliyyatın məsullarından biri olan Sair Həsənavini həbs edirlər və digər təşkilatçı olan Muhəmməd Nəimi adlı birisi isə qaça bilir.
“Əl-Qaidə” terror təşkilatı bundan əvvəl də şəhid Muhəmməd Baqir Həkimin terror planını hazırlamış və həyata keçirtmişdi. O ölkələr ki, Bəəs partiyası ilə rabitədədirlər - bu terrordan faydalanırlar, çünki belə bir böyük iş həmahəngsiz həyata keçə bilməzdi.
O, Seyid Əmmar Həkiminin və digər rəhbərlərin tutduqları mövqeyə işarə edərək, dedi: Şübhəsiz ki, bu rəhbərlərin aradan getməsi üçün səylər edilir, çünki bilirlər ki, İraqın Ali İslam Şurası İraqın ən böyük siyasi təşkilatı kimi bu ölkənin taleyində çox mühüm rol oynayır. Ona görə də çalışırlar ki, birinci dərəcəli məsulları hədəf tutaraq, öz zərbələrini İraq siyasətinə endirə bilsinlər.
("Dəyərlər"AİN)