Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Türkiyə jurnalistlərinin Dağlıq Qarabağa səfəri bizi narahat edir

Azərbaycan Parlamenti sədrinin birinci müavini Türkiyə jurnalistlərini Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə çağırıb. 

26 Eylul 2009
Türkiyə jurnalistlərinin Dağlıq Qarabağa səfəri bizi narahat edir

Əsgərovun sözlərinə görə, Azərbaycanın Türkiyə ilə münasibətlərini başqa dövlətlərlə münasibətlərlə eyniləşdirmək olmaz. "Türkiyə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və həmişə bizi dəstəkləyib, Dağlıq Qarabağın və ona bitişik rayonların Azərbaycan ərazisi olduğunu qəbul edib. Biz xahiş edərdik ki, gələcəkdə belə hallara yol verilməsin", - birinci vitse-spiker əlavə edib.

Onun fikrincə, Türkiyə jurnalistləri Dağlıq Qarabağa getmək istəyirlərsə, bunu Azərbaycan ərazisindən keçməklə həyat keçirə bilərlər. "Biz çox istərdik ki, Türkiyə jurnalistləri də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etsinlər", - Əsgərov vurğulayıb.

Sentyabrın 25-də Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Bakıdakı səfirliyinə nota təqdim edib.

Notada bir müddət öncə Türkiyənin NTV kanalının jurnalistlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Azərbaycan tərəfinin narahatlığı çatdırılıb.

Notada türk jurnalistlərin Azərbaycanın işğal olunmuş bölgəsində separatçı rejimin qondarma "Xarici İşlər Nazirliyi"ndə qeydiyyatdan keçməsinin Azərbaycanın kəskin etirazı ilə qarşılandığı bildirilib: "Türk jurnalistlərin bu hərəkətləri Azərbaycan tərəfində dərin təəssüf hissi doğurub". Notada, həmçinin Azərbaycan tərəfi Türkiyə tərəfindən vəziyyətə aydınlıq gətirilməsini və sözügedən qeydiyyatı ləğv etmək istiqamətində müvafiq tədbirlərin görülməsini xahiş edilib.

 İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

/Trend News, müxbir A.Hüseynbala/

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.