Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

100 ekstremist Mədinənin Əhli-beyt(ə) ardıcıllarına hücum etmişdir

Sayları 100 nəfər olan bu ektremistlər Əhli-beyt (ə) yolçularına daşlarla, bıçaqla vəhşi hücum etmişdilər və bu hadisə Mədinə Münəvvərə şəhərinin Əhli-beyt (ə) yolçuları yaşayan məhəllələrdə baş vermişdir. 

23 Eylul 2009
100 ekstremist Mədinənin Əhli-beyt(ə) ardıcıllarına hücum etmişdir

Böyük sayda ekstremist qeyri-insani rəftar edərək, vəhşi halda Mədinə-Münəvvərənin Əhli-beyt (ə) yolçuları yaşayan məhəlləsinə hücum etmiş və insanları hücuma məruz qoymuşdular.

Bu vəhşi hücumdan sonra ən azı yeddi nəfər insan yaralanmışdır, bu yaralıların ikisinin vəziyyətinin ağır olduğu elan edilmişdir və ona görə də onlar yaxınlıqdakı xəstəxanaya aparılmışdılar.

Bildirilir ki, sayları 100 nəfər olan bu ektremistlər Əhli-beyt (ə) yolçularına daşlarla, bıçaqla vəhşi hücum etmişdilər və bu hadisə Mədinə Münəvvərə şəhərinin Əhli-beyt (ə) yolçuları yaşayan məhəllələrdə baş vermişdir.

Səudiyyə Ərəbistanı polisi və təhlükəsizlik qüvvələri sonradan bu yerə gələrək, hücumun qarşısını almağa çalışmışdılar, ona görə də ekstremistlər oranı tərk etmişdilər. Ancaq onlardan biri təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdir. Bu hadisənin təkrar olmaması üçün çoxlu sayda polis işçisi orada qalmışdılar.

Mədinə şəhərinin polis rəisi elan etmişdir ki, bu hadisənin təhqiqatı aparılır və buna bənzər hadisələr əvvəllər də baş vermişdir.

Yada salmaq lazımdır ki, 2009-cu ilin aprel ayında 200 nəfərdən çox ekstremist elə həmin məhəllədə yaşayan Əhli-beyt (ə) yolçularının evinə hücum etmiş və onlardan üçünü yaralamışdılar. Bu hadisədən sonra Mədinə polisi elan etmişdir ki, bu hücum Mədinə ətrafında yaşayan tayfalar tərəfindən törədilmişdir.

Dəyərlər" AİN

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.