Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

SOCAR Gürcüstanda məscidlərin bərpasının maliyyələşdirir, keşişlər etiraz edir

Gürcüstanın ?Georgian Online? saytının verdiyi xəbərə görə, sabah Azərbaycan Dövlət Neft Şirkətinin Tiflis, Rustavi və Bolnisi şəhərlərində yerləşən yanacaqdoldurma məntəqələrində etiraz aksiyaları keçiriləcək. 

17 Eylul 2009
SOCAR Gürcüstanda məscidlərin bərpasının maliyyələşdirir, keşişlər etiraz edir

Aksiyaların keçirilməsinə səbəb Azərbaycan şirkətinin Gürcüstan ərazisində məscid tikintisini maliyyələşdirməsidir. Belə ki, etirazçılar bu təşəbbüsün sərhədyanı rayonlarda separatçı əhval-ruhiyyəni gücləndirdiyini, dini və etnik münaqişələrin gərginləşməsinə yardım etdiyini düşünür. Bu barədə müqəddəs David Qurucu adına Pravoslav Dindarlar İttifaqı məlumat yayıb.

Qeyd edək ki, Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində məscidlə bağlı insidentin nəticəsi olaraq dünən kəndə gələn keşişlər məscidin həyətinə buraxılmayıb. Bu gün səhər 12 keşiş yenə Faxralı kənd məscidinin bərpasının dayandırılmasını tələb etmək üçün kəndə gəlib. Sakinlərin müraciətindən sonra Bolnisi rayon İcra Hakimiyyətinin başçısı İosif Loliaşvili Faxralıya gələrək 10 keşişi rayon mərkəzinə aparıb. İ.Loliaşvili kənd sakinlərinə bildirib ki, məscidin tikintisinin davam etdirilməsi məsələsi bir həftədən sonra yenidən müzakirə olunacaq.

Keşiş Meone Yeprim isə Faxralı kənd sakinlərinə bildirib ki, bura qədim gürcü kəndidir: "Faxralı qədim gürcü kəndidir, buradakı məsciddən isə biz kilsə kimi istifadə edəcəyik".

Sakinlərin sözlərinə görə, dünən gecə keşiş və xristian dindarların bir neçəsi məscidin yaxınlığında gecələyib. İndi kənddə 2 keşiş və bir polis nəfəri var. Onlar məscidin bərpasının davam etdirilməsinə imkan verməmək üçün kənddə qalıblar.

Qeyd edək ki, bir neçə ay əvvəl Bolnisi rayonunun Faxralı kəndində əsası 1905-ci ildə qoyulmuş kənd məscidinin bərpasına başlanıb. Aprel ayında bu münasibətlə keçirilən tədbirdə Kvemo-Kartli qubernatorunun müavini Hüseyn Yusifov, Bolnisi rayon İcra Hakimiyyətinin başçısının müavini Ramin Əsədov və SOCAR-ın Kvemo-Kartli üzrə meneceri Arif Əliyev də iştirak edib. Kvemo-Kartli qubernatorunun müavini bildirib ki, məscidin bərpasına razılığı birbaşa Gürcüstan prezidentinin özü verib. Yusifov kənd sakinlərinin nəzərinə çatdırıb ki, bərpadan sonra prezident məscidə baş çəkəcək.

/ANS PRESS/

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.