Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Allahdan qorxmayan məmurlar, prezidentdən qorxdular

?Fatimeyi-Zəhra? məscidi sökülməyə bilər 

15 Eylul 2009
Allahdan qorxmayan məmurlar, prezidentdən qorxdular

Bakının Suraxanı rayonunda yerləşən “Fatimeyi-Zəhra” məscidinin sökülməsi barədə məhkəmə qərarı olsa da, bu hələ reallaşdırılmayıb. Bunu ANSPRESS-ə açıqlamasında məscidin sökülməsi ilə bağlı yaradılan işçi qrupunun üzvü Elşən Mustafayev bildirib. Onun sözlərinə görə, məscidin indiyə qədər sökülməməsinə səbəb, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadənin mətbuatdakı çıxışı olub: “Şeyx mətbuatda çıxış edərək bildirdi ki, məscidin sökülməsi və bununla bağlı dindarların etirazını prezident İlham Əliyevə çatdırıb və ondan cavab gözləyir. Bundan qorxuya düşən məmurlar isə məscidi sökməyə ehtiyat edirlər ki, birdən prezidentin cavabı başqa cür olar”.

E. Mustafeyv bildirdi ki, bütün dindarlar ümid edirlər ki, prezidentin cavabı müsbət olar və Bakıda məscidlərin sökülməsinin qarşısı alınar.

Qeyd edək ki, bu gün mətbuat konfransı keçirən bütün Qafqazın şeyxi, Hacı Allahşükür Paşazadə "Fatimeyi-Zəhra” məscidinin nümayəndələrinin şikayətini və məscidlə bağlı özünün rəyini dövlət başçısına yazılı şəkildə çatdırdığını təsdiqləyib. Şeyx həmçinin məscidlərin “qanunsuz tikili” kimi sökülməsi ilə bağlı icra hakimiyyəti başçılarını tənqid edib: “Əgər tikintiyə icazə vermisənsə, sonra onun qanunsuz tikili olduğunu necə deyirsən? Birincisi, əvvəlcədən icazə verməyəydin, əgər icazə vermisənsə, “qanunsuzdur” demə! Əgər tikilən məscid sökülürsə, məscidin tikintisinə icazə verən məmurlar da cəzalandırılmalıdır”.


Aytən Həmidova - ANS Press

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.