Ayətullah Sübhani davam edərək, dedi: O zaman ki, Tövratdan bu kimi ibarələr ingilis, alman və sair xalqlar üçün tərcümə olunur, deyirlər ki, o Allah ki, bilmirdi Adəm hardadır, yaxşısı budur ki, heç olmasın. Bu Tövratı Quranın yanına qoyaq və Quranın Allah Təalanı təsvir etdiklərini elə çatdıraq ki, ehtiyatlı olaq uca və ali Əhli-beyt (ə) maarifi aşağı - avam səviyyəsinə düşməsin.
Bu mərcəyi-təqlid mübarək “Hədid” surəsinin üçüncü ayəsində Allahın dörd kamal və təzad sifətləri olan Əvvəl və Axır, Zahir və Batin sifətlərinə işarə edir və bu haqda verilən suala işarə edərək, deyir: Sual verilir ki, necə ola bilər ki, Allah həm Əvvəl olsun, həm Axır. Məsum İmam (ə) bu haqda buyurub: “Yəni ondan əvvəl heç nə olmayıb, yəni əzəlidir””
O, davam edir: Allahın vücudu başqalarından asılı deyil və vücudu öz dərinliyindən qaynayır. O, illətdir (səbəb) və möhtac deyildir. Bütün mümkünlər: peyğəmbərlər, övliyalar və bütün yaradılış sıfırdır və Allah həqiqi ədəd kimi sıfırın yanında olmasa, bu sıfır oxuna bilməz.
Bu mərcəyi-təqlid Allahın Axır olmasına işarə edərək, deyir: Axır olmağın mənası odur ki, Allah əbədidir, vücudu sonsuzdur və hamıya hakimdir.
Allahın Batin və Zahir olmasına işarə edərək, bu mərcəyi-təqlid buyurur: Allah yaratdıqları vasitəsilə aşkar olur və hara baxsaq onu görərik. Ancaq eyni zamanda Batindir, yəni heç kim onun zatını görə bilməz. Qurani-Məcid Allahı təsvir edir və görürük ki, bu təsvirlər Tövratın Allahı təsvir etməyi ilə müqayisə oluna bilməz.
Deyerler.org
Karabağ ve Türkiye Uçak Kazası Şehitlerine Terhim ve Taziye Programı
Hz. Fatıma (s.a) Arnavutköy’de Anıldı
Hz. Zeyneb'in (s.a) Viladeti Coşkuyla Kutlandı
Zeynebiye Camii Ve Kültür Merkezi Görkemli Bir Törenle Hizmete Açıldı!
