Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Türkiyədəki Kütləvi Aşura Mərasimində Dağlıq Qarabağla Bağlı Bəyanatlar Səslənib (Foto-Video)

İstanbuldakı "Halqalı" meydanında Aşura tədbirləri keçirilib.  

08 Ocak 2009
Türkiyədəki Kütləvi Aşura Mərasimində Dağlıq Qarabağla Bağlı Bəyanatlar Səslənib (Foto-Video)

Tədbir Əhli-beyt yolçuları araşdırma və təhsil dərnəyi” (Caferider) tərəfindən təşkil olunub. "Qurani-Kərim"in oxunması ilə başlayan tədbirdə daha sonra Türkiyə Əhli-beyt yolçularının lideri Səlahəddin Özgündüz çıxış edib. 1369 il əvvəl Yezid ibn Müaviyyə (L) tərəfindən şəhid edilən islam peyğəmbərinin (s) nəvəsi həzrəti imam Hüseyn(ə) və onun 72 silahdaşını rəhmətlə yad edən Özgündüz İsrail rejiminin Qəzzaya qarşı keçirdiyi hərbi əməliyyatları qəti şəkildə pisləyib. Özgündüz, "Bu gün Ermənilər Qarabağ'da Azərbaycanlılara qarşı da eyni vəhşilikləri həyata keçirir" deyib: “Bu gün susmağımızın səbəbi Azərbaycan hökümətinin diplomatik səylərdən nəticə əldə edəcəyinə olan ümidimizdir. Ermənistan yaxşı bilsin ki, Türkiyədə onların ölkə əhalisindən daha çox Azərbaycan türkləri yaşayır. Bir gün Azərbaycan hökuməti və onun rəhbəri diplomatik səylərdən ümidin kəsildiyinə işarə versə, sel olub axarıq, vulkan kimi püskürərik”.

Səlahəddin Özgündüzün çıxışından sonra Kərbəla müsibəti ilə bağlı səhnəcik nümayiş etdirilib. Tədbirin sonunda isə mərasim iştirakçıları Qəzza bölgəsində xəsarət alanlar üçün qan veriblər.

/ANSPRESS/

Aşura Foto - 2009 

Səlahəddin Özgündüz - Aşura 2009 Video 

 

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.