Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bazar ertəsi Trend News-a bildiriblər ki, polis əməkdaşları tərəfindən Gəncə şəhəri 3-cü mikrorayon ev 13-də yaşayan Elmir Mehdiyevin mənzilində "Nurçuluq" dini təriqətini təbliğ etdikləri üçün Gəncə şəhər sakinləri Rüfət Verdiyev, onun qardaşı Rəşad, Murad Ağayev, Elnur Əliyev, Azər Hüseynov, Elaj Mürsəlov, Rövşən İsgəndərov, onun qardaşı Etibar, İsmayıl Əsgərov, Alim Allahverdiyev və Bakı şəhər sakini Elçin Hacıyev polisə gətiriliblər. İsgəndərov, Əsgərov barələrində İnzibati Xətalar Məcəlləsinin polis işçisinin və ya hərbi qulluqçunun qanunun tələbinə qəsdən tabe olmama (310-cu), Mehdiyev barəsində isə İnzibati Xətalar Məcəlləsinin dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması (299-cu) maddələri ilə protokol tərtib olunub, digərlərinin izahatları alındıqdan sonra buraxılıblar.
02 Eylul 2009