Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Sərhədlərinin Açılması Azərbaycanın Milli Maraqlarına Ziddir

Xarici İşlər Nazirliyi Türkiyə və Ermənistan Xarici İşlər Nazirlikləri ilə İşveçrə Konfederasiyasının Xarici Əlaqələr Departamentinin yaydığı bəyanata münasibət bildirib. 

02 Eylul 2009
Sərhədlərinin Açılması Azərbaycanın Milli Maraqlarına Ziddir

Türkiyə-Ermənistan münasibətlərinə dair 31 avqust 2009-cu il tarixli birgə bəyanatla bağlı olaraq bildirilir ki, məsələ ilə bağlı Azərbaycan tərəfi Türkiyənin yüksək rəsmilərinin səsləndirdiyi çoxsaylı açıqlamalara əsaslanır.

«Belə ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu il mayın 14-də Azərbaycanın Milli Məclisində çıxışı zamanı vurğulayıb: «Türkiyə Ermənistan ilə sərhədləri Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildikdən sonra bağlanıb. Bu işğal ortadan qalxandan sonra sərhədlər açıla bilər. Biz azərbaycanlı qardaşlarımız razı qalmadığı müddətdə bu nöqtədən irəli bir addım atmarıq. Bunlar bir-biri ilə bağılıdır, ayrı salına bilməz»».

Eyni zamanda, Azərbaycanın Xarici İşlər Nazirliyi bir daha bildirir ki, hər bir dövlətin digər dövlətlərlə münasibətlərini müəyyənləşdirməsi prinsip etibarilə onun suveren hüququdur: «Lakin bu halda məsələnin birbaşa Azərbaycanın milli maraqlarına aid olduğunu nəzərə alaraq Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın milli maraqlarına ziddir».

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.